Azərbaycanlı şagirdlərin musiqi yarışmasında növbəti uğuru
Bakı, 12 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “İncəsənət olimpiadası” yarışmasında uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və “Jam Group”un təşkilatçılığı ilə keçirilən müsabiqədə musiqi məktəbinin fortepiano, xalq çalğı alətləri, həmçinin simli və nəfəsli alətlər şöbələrinin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri l, II, III yerlərə layiq görülüblər.
Eyni zamanda məktəbin konsertmeysteri Şahin Yəhyəzadə müsabiqənin ən yaxşı konsertmeysteri adına layiq görülüb.