AZƏRBAYCANLI TƏLƏBƏLƏR FRANSADA BİR AYLIQ TƏCRÜBƏ KEÇMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu təhsil ocağının tarix fakültəsinin tələbələri Mahir Cəfərov və Fəqan Yaqubov İNTAS - 2000 proqramına uyğun olaraq Fransanın İnsan Palentologiya İnstitutunun dəvəti ilə dünya şöhrətli paleolit Aroqo düşərgəsində iyul ayının 1-dən 31-dək təcrübə keçmişlər.
Professor Əsədulla Cəfərovun yetirmələri on iki ölkənin nümayəndələri ilə birlikdə aparılan qazıntıların ən mühüm təbəqələrində axtarış aparmış, bir çox əmək alətlərinin və antropoloji materialların aşkar edilməsində fəal iştirak etmişlər.
Tələbələrimiz asudə vaxtlarında Totovildəki Avropanın ilk sakinlərinin həyatından bəhs edən muzeyin eksponatları ilə tanış olmuş ,Amerikadan ,İtaliyadan, İspaniyadan, İngiltərədən, Çexiyadan və digər ölkələrdən gəlmiş həmkarlarına ölkəmiz barədə həqiqətləri açıqlamış, xalqımızın zəngin tarixi və mədəniyyəti ilə bağlı maraqlı məlumatlar vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]