AZERCELL “SİMKREDİT” XİDMƏTİNDƏN İSTİFADƏ QAYDALARINA DƏYİŞİKLİK ETMİŞDİR
Azercell Telekom Birgə Müəssisəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, operator cari il mayın 1-dən “SimKredit” xidmətindən istifadə qaydalarına müəyyən dəyişiklik etmişdir. Bu il fevralın 1-dən Azercell şəbəkəsinə yeni qoşulmuş SimSim, GəncSim və Bizdən-Bizə abonentləri “SimKredit” xidmətindən faydalana bilmək üçün təsis olunduqları andan etibarən balanslarına ən az 6 AZN məbləğində kontur yükləməli olacaqlar.
Xatırladaq ki, “SimKredit” xidməti 2005-ci ilin dekabrından tətbiq edilməyə başlanılmış və balanslarında kifayət qədər konturu olmayan abonentlərə 150 konturu kreditlə əldə etməklə istənilən vaxt və istənilən yerdən balanslarını artırmaq imkanı vermişdir. Bunun üçün 9150 nömrəsinə “KREDİT” sözünü yazaraq SMS göndərmək kifayətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:13]
Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir
- 06.10.2026 [14:02]
Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq
- 06.10.2026 [13:41]