AZERCELL “SİMKREDİT” XİDMƏTİNİN TƏTBİQİNƏ BAŞLAMIŞDIR
Birgə Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkədə ilk dəfə Azercell Telekom tərəfindən həyata keçirilən bu xidmətin köməyi ilə “SimSim” və “GəncSim” abonentləri 150 konturu kreditə əldə edəcəklər.
“SimKredit” abonentlərə istənilən vaxt və istənilən yerdən balanslarını artırmağa imkan verir. Yeni xidmətdən yararlanmaq üçün sadəcə 9150 nömrəsinə “KREDİT” sözünü SMS vasitəsiylə göndərmək kifayətdir.
Kreditə götürülən 150 kontur və xidmət haqqı olaraq 30 kontur növbəti danışıq kartı yükləndikdən sonra abonentin balansından çıxılacaqdır.