AZERCELL YENİ PULSUZ MULTİMESAJCELL XİDMƏTİNİ TƏKLİF EDİR
MultiMesajCELL abonentlərə irihəcmli mətn mesajları, rəngarəng təsvirlər, fotoşəkil, audioyazılar, populyar melodiya və videoçarxlar, rəngli və səsli mobil açıqcalar yaratmaq, göndərmək və almaq imkanı qazandıracaqdır. Bundan əlavə, istifadəçilər vaxtlarının daha maraqlı keçməsi üçün öz telefonlarına kiçik cizgi filmləri, videokliplər və musiqi parçaları da yükləyə biləcəklər. Operator iş adamlarını da yaddan çıxartmayıb. Belə ki, onlar yeni xidmət vasitəsilə birja indekslərini və digər maliyyə məlumatlarını öyrənəcəklər. MultiMesajCELL-in daha bir “bacarığı” da məişətdə etibarlı köməkçi olmasıdır. Onun vasitəsilə abunəçilər bir fotoşəkil və yaxud qısa videoçarx vasitəsilə öz yaxın və tanışları ilə hər hansı bir məsələni aydınlaşdıra, problemlərini həll edə biləcəklər.
Bu çoxşaxəli xidmət növündən istifadə üçün operator mesajların emalı mərkəzinə (MMS) malik olmalıdır.
Telefonu kökləmək və MultiMesajCELL xidmətinə qoşmaq çox asandır. Əgər telefonunuz MMS xidmətini dəstəkləyirsə, sadəcə olaraq telefonun modelini əks etdirən qısa mesajı 9595 nömrəsinə göndərmək kifayətdir. Əgər telefonunuz MMS xidmətini dəstəkləmirsə, onda sifarişin versiyasının yerləşdiyi elektron ünvanına istinad edən adi qısa mesaj göndərin. MMS mesajlarını həm də mobil telefondan elektron poçt ünvanına və əksinə göndərmək mümkündür.
Hələlik Azercell MultiMesajCELL xidmətini pulsuz həyata keçirir.