“AZƏRKİMYA”NIN 15 MİN TON MƏHSULU ANBARLARA YIĞILMIŞDIR
“Azərkimya” Dövlət Şirkətindən müxbirimizə bildirmişlər ki, şirkətin anbarlarında 15 min ton məhsul vardır. Bu məhsulların 7 min tonu polietilen, 8 min tonu isə qələvidir. İspaniya, Çin, ABŞ və bir çox Avropa dövlətlərindən bu məhsulları almaq üçün şirkətə müraciət etsələr də, münasib qiymət təklif olunmadığı üçün qələvi və polietilen anbarlarda qalıb. Hələlik bu, daha sərfəlidir. Xatırladaq ki, bir ton qələvinin maya dəyəri 500, polietilenin hər tonu isə 240 ABŞ dollarına başa gəlmişdir.Ümumi dəyəri təxminən 26 milyard manatdan çox olan bu məhsulların satışından əldə olunacaq vəsait, əsasən, şirkətin vaxtı catmış kreditlərinin qaytarılmasına yönəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]