“AZPROMO” VƏ AVRASİYA ƏMƏKDAŞLIQ FONDU İŞ ADAMLARININ XEYRİYYƏÇİLİK FƏALİYYƏTİNİ SİSTEMLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Avrasiya Əməkdaşlıq Fondu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “Korporativ Sosial Məsuliyyət - Biznes üçün strateji faydalar” layihəsini təqdim etmişlər.
Bu məqsədlə “İSR Plaza” mehmanxanasında keçirilən ziyafətdə AZPROMO-nun prezidenti Emil Məcidov demişdir ki, layihənin reallaşdırılmasının məqsədi ölkəmizdə bizneslə məşğul olan iş adamları üçün faydalı strategiyanı müəyyənləşdirmək, bu sahədə onların fəaliyyətini sistemləşdirməkdir. Azərbaycanda iş adamları uğurlu biznes qurduqdan sonra gəlirlərinin bir qismini xeyriyyə tədbirlərinə xərcləyir. Bu adət Azərbaycanda qədimdən mövcuddur. Layihənin köməyi ilə biz iş adamlarının həmin fəaliyyətini sistemləşdirib nizama salmaq niyyətindəyik.
Daha sonra Böyük Britaniyanın Kembric Universitetinin Sənaye Proqramının aparıcı mütəxəssisi Veyne Vesser “Korporativ sosial məsuliyyət-biznes üçün strateji faydalar” mövzusunda məruzə ilə çıxış etmişdir. Qonaq bildirmişdir ki, aprelin 30-da bu mövzuda iş adamları üçün seminar keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:59]
QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir
- 11.06.2026 [17:11]