AzTEST ilk dəfə olaraq İSO standartları üzrə 2 müəssisəni sertifikatlaşdırmışdır
Bakı, 17 may (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ilk dəfə olaraq İSO 9001 və İSO 18001 standartları üzrə sertifikatlaşdırma həyata keçirmişdir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı İSO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” standartı üzrə “Neftqazmaş” ASC-ni, İSO 18001 “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartı üzrə “SS-EAST” MMC-ni sertifikatlaşdırmışdır.
Bu standartların tətbiqi müəssisələrə tədarükçü və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləmək, infrastrukturun daim işçi vəziyyətdə olmasını təmin etmək, kadrların səriştəliliyini artırmaq, uyğunsuz məhsulları (xidmətləri) idarə etmək, istehlakçıların məmnunluğunu artırmaq, müəssisədə insanların sağlamlığına zərər verən və mülkiyyətin dağıdılmasına səbəb olan təhlükələri müəyyənləşdirmək, bunlarla bağlı riskləri qiymətləndirmək və onların minimuma endirilməsini təmin etmək, ekologiyanın çirklənməsinə səbəb olan mənbələri neytrallaşdırmaq, məhsulların zərərli olmasına səbəb olan mənbələrin qarşısını almaq, istehsal proseslərini təkmilləşdirmək və s. imkanı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara çatması mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]