BAĞDAD UKRAYNA VƏ POLŞADAN SİLAH ALINMASINA DAİR MÜQAVİLƏ İMZALAMIŞDIR
O vurğulamışdır ki, İraq ordusu hələlik Şərqi Avropadan alınan silahdan istifadə edir, lakin bu müvəqqəti xarakter daşıyır. İraq hərbi idarəsinin başçısı demişdir: “Ordunu qərb sistemləri ilə təchiz etmək üçün vaxt lazımdır. Bu sistemlər ordunun silahlandırılmasının əsasını təşkil edəcəkdir”.
Əş-Şəəlanın sözlərinə görə, hazırda İraq silahlı qüvvələri Milli qvardiyanın tam komplektləşdirilməmiş 6 diviziyasından və nizami ordunun 3 diviziyasından ibarətdir.
Nazir demişdir ki, İraq 1991-ci ildə İran körfəzində müharibə başlandıqdan sonra İran ərazisinə aparılmış 130 döyüş və mülki təyyarəni geri qaytarmağa çalışır. İraq hərbi dəniz qüvvələrinin yaradılmasına da başlanmışdır. Bu qüvvələr Ümm-Qasp limanında yerləşdiriləcəkdir. Hərbi dəniz qüvvələrinin silahlandırılması Birləşmiş Ərəb Əmirliklərinin və Bəhreynin İraqa hədiyyə etdiyi 25 katerlə başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]