Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb [YENİLƏNİB] VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
İraqın paytaxtı Bağdadda ard-arda baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 50-dən çox insan yaralanıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Al Sumaria telekanalının yaydığı məlumata əsasən Bağdadın cənubunda baş verən ikinci partlayış nəticəsində doqquz nəfər həlak olub, 26 nəfər isə yaralanıb.
Xatırladaq ki, Bağdadın şərqində baş verən birinci partlayış nəticəsində doqquz nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.
Bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri partlayışların məsuliyyətini öz üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [22:18]
Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib
- 17.06.2026 [20:53]
ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq
- 17.06.2026 [20:06]
Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir
- 17.06.2026 [19:27]