“Bakı-2017”: Vüqar Kərəmov və Pərviz Abdullayev uşu yarışlarının yarımfinalında
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın daha iki uşu döyüşçüsü İslamiadanın yarımfinalına adlayıb.
AZƏRTAC xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Kərəmov səkkizdəbir finalda əfqanıstanlı Ahmed Zaker Bakşini mübarizədən kənarlaşdırıb. Dörddəbir finalda isə türkmənistanlı Səlahəddin Bayramov üzərində 2:0 hesablı qələbə qazanan idmançımız adını yarımfinala yazdırıb.
Pərviz Abdullayev (75 kq) də ümidləri doğruldub. İdmançımız əvvəlcə türkmənistanlı Rehmet Ovezberdiyevi, daha sonra isə Türkiyə idmançısı İsmail Uzuneri (2:0) mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib.