BAKI BANKLARARASI VALYUTA BİRJASINDA
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin payına müvafiq olaraq birja valyuta bazarının lider bankları sırasına Azərbaycan Beynəlxalq Bankı, “Əmrahbank”, “Texnikabank” kommersiya bankları, Birləşmiş Universal Səhmdar Bankı (BUSB) və “İlkbank” səhmdar-kommersiya bankı daxildir.
Aprel ayında BBVB-də ABŞ dolları üzrə hərraclarda 29 bank iştirak etmişdir. Ötən ay 22 hərrac sessiyası keçirilmiş və 240 əqd bağlanmışdır. Birjanın valyuta bölməsində ABŞ dolları üzrə hərracların ümumi həcmi apreldə 331 milyard 590 milyon manat və ya 67,386 milyon dollar olmuşdur. Bu, 2003-cü ilin apreli ilə müqayisədə 3,5 dəfə çoxdur.
Aprel hərraclarının ümumi həcmindən BEST elektron sisteminin payına 53,481 milyon ABŞ dolları və ya 79,4 faiz düşür. Rusiya rublu (RUR) üzrə BEST-də bağlanmış əqdlərin ümumi həcmi aprel ayında 565 milyon manat təşkil etmişdir.
Aprel ayında BBVB-də yenə də milli valyutanın möhkəmlənməsi meylləri müşahidə olunmuşdur. AZM-in ABŞ dollarına nisbətən orta hesablanmış birja məzənnəsi aprel ayında 1 USD üçün 4920,75 manat təşkil etmişdir, halbuki mart ayında bu məzənnə 4929,30 manata bərabər idi. Beləliklə, USDAZM-in orta hesablanmış birja məzənnəsi cari ilin əvvəlindəki həddə (1 dollar üçün 4920,98 manat) çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]