BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USDAZM-in məzənnəsi 1 ABŞ dolları üçün 4905, 01manata bərabər idi. USDAZM T+0 aləti üzrə bağlanan əqdlərin həcmi 470 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,99 bənd düşərək, 1 dollar üçün 4906,00 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USDAZM T+0 aləti üzrə 1 milyon 359 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 ABŞ dolları üçün 4905,88 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlaına görə USDAZM T+0 aləti üzrə hərracların ümumi həcmi 1 milyon 829 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 8 milyard 972 milyondur. Bir əqdə, orta hesabla, 172 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RURAZM alətləri üzrə sifarişlər verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,351 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Birjada sentyabrın 15-də banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.