BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9097 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqd bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 5 milyon dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 0,0004 bənd qalxaraq, 1 dollar üçün 0,9093 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 5 milyon dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 4 546 700 AZN təşkil edir. Bir əqdə orta hesabla 2 500 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,85 faiz, ABŞ dolları üzrə isə 14,64 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 12 faizlə 100 000 AZN həcmində bir əqd qeydə alınmışdır. Əqdin borcalma müddəti hər əqd üzrə 31 gündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]