Bakı Beynəlxalq Humanitar Forumu ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır
Bakı, 3 oktyabr (AZƏRTAC). Azərbaycan sürətlə inkişaf edir və göz qabağında dəyişir. Ölkənizin bütün sahələrdə mövqeləri çox güclüdür. Bakı gözəl şəhərdir və mən şadam ki, IV Bakı Beynəlxalq Humanitar Forumu məhz burada keçirilir. Bu tədbir bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Sudanın sosial inkişaf naziri Həsən Əli Kamal bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Kitabxana-İnformasiya Resursları Mərkəzində keçirilən “Qloballaşma çağırışları: ənənə ilə transformasiya arasında” mövzusunda “dəyirmi masa”da jurnalistlərə müsahibəsində söyləyib. Forumun işini yüksək qiymətləndirən sudanlı nazir ölkələr arasında əməkdaşlığın genişlənməsində bu tədbirin rolunu vurğulayıb.
Nazir qeyd edib ki, Sudan ilə Azərbaycan arasında möhkəm dostluq münasibətlərinin çoxillik tarixi var. Həsən Əli Kamal əmin olduğunu bildirib ki, Azərbaycan-Sudan əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]