Bakı Dövlət Universitetində “Qarabağ günü”
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin “İstiqlal” klubunun təşkilatçılığı ilə Vətən müharibəsinə həsr olunmuş “Qarabağ günü” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov 44 günlük Vətən müharibəsində xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində parlaq Qələbə qazandığını vurğulayıb. Qeyd edib ki, dünya hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi unudulmayan qürur səhifəsi, düşmənlərin yaddaşında isə əbədi məğlubiyyət kimi qalacaq.
Tədbirdə lll kurs tələbələrindən Röya Mehdizadə Tarix fakültəsinin şəhid məzunları Elşən Salayev, Hüseyn Quliyev və Yüksəl Əlizadə haqqında, Fatimə Cavadlı şəhid qardaşı Nemət Cavadlı, l kurs tələbəsi Kamal Şalıyev şəhid qardaşı, Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyev haqqında xatirələrini bölüşüblər.
Sonra Tarix fakültəsinin tələbələrinin ifasında bədii kompozisiya təqdim olunub.