Bakı Dövlət Universitetinin tələbələri Botanika İnstitutunda təcrübə keçiblər
Bakı, 17 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda təcrübə keçiblər.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan bildirilib.
İnstitutun mütəxəssislərinin müşayiəti ilə BDU tələbələri institutun şöbə və laboratoriyalarında həyata keçirilən elmi-tədqiqat işləri və müasir avadanlıqlarla yaxından tanış olub, nəzəri və praktiki biliklərə yiyələniblər. Onlara herbarinin hazırlanması və saxlanılması, bitkilərdən bioloji fəal maddələrin alınması, həmçinin etnobotanika və fitointroduksiyaya aid yeni metodlar, fermentlərin və azotun müxtəlif formalarının təyini üsulları öyrədilib.