“Bakı Ekspo” sərgi mərkəzində qida sənayesi sərgisi keçiriləcəkdir
Bakı, 9 may (AZƏRTAC). Mayın 25-dən 27-dək “Bakı Ekspo” mərkəzində “WorldFood Azerbaijan 2011” 17-ci Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, sərgini “İteca Caspian LLC” və ITE Group PLC” şirkətləri təşkil edirlər. Fəaliyyət göstərdiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi mövcud olan əlaqələrin möhkəmlənməsinə, yeni tərəfdaşların müəyyənləşdirilməsinə və Azərbaycanda qida sektorunda ən yeni texnologiyaların tətbiqinə imkan yaradan səmərəli platformaya və işgüzar meydançaya çevrilmişdir.
Sərgiyə gələnlər Azərbaycan, Türkiyə, Rusiya və başqa ölkələrdən qablaşdırma avadanlığı üzrə maraqlı həll variantları ilə tanış ola biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara çatması mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]