Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir–Ucar hissəsinin tikintisi başa çatdırılmışdır
Bakı, 28 aprel (AZƏRTAC). Birinci rübdə xarici kreditlər və Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına həyata keçirilən layihələr üzrə işlər davam etdirilmişdir.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hesabat dövründə Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir-Ucar hissəsi başa çatdırılmış, həmin yolun Bakı-Ələt, Yevlax-Gəncə avtomobil yolunun 0 50-ci kilometr hissəsi, Gəncə-dairəvi, Ələt-Astara-İran ilə dövlət sərhədi, Bakı-Rusiya ilə dövlət sərhədi avtomobil yollarında və Bakı-Şamaxı-Muğanlı-Yevlax avtomobil yolunun Şamaxı-Muğanlı və Muğanlı-Yevlax hissələrində, Z.Tağıyev-Sahil avtomobil yolunda yenidənqurma işləri davam etdirilmişdir.
Yevlax-Gəncə avtomobil yolunda əlavə 2 zolağın tikintisi işlərinə başlanılmış və yol yatağında torpaq işləri yerinə yetirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:14]
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO
- 04.06.2026 [18:12]