Bakı İdarəetmə və Texnoloji Kollecində narkotik vasitələrə qarşı maarifləndirmə tədbiri keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı İdarəetmə və Texnoloji Kollecində narkotik vasitələrə qarşı maarifləndirmə tədbiri keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komissiyanın daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Nərimanov Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası ilə əməkdaşlıq çərçivəsində Bakı İdarəetmə və Texnoloji Kollecinin konfrans zalında “Biz sağlam həyat tərzi seçirik” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclər Fondunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və Bakı şəhəri Narkoloji Mərkəzin həkim narkoloqu iştirak edərək, yeniyetmə və gənclər arasında narkotik vasitələrin, psixoaktiv maddələrin insan sağlamlığına zərərli təsiri barədə geniş məlumat verilib və onları maraqlandıran suallar ətrafında diskussiya təşkil olunub.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılıb.