Bakı Modern Təhsil Kompleksinin yay məktəbində buraxılış günü keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Bakı Modern Təhsil Kompleksində iyun-iyul aylarında təşkil olunmuş yay məktəbində ilk buraxılış günü keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yay məktəbinin şagirdləri müxtəlif səhnəciklər nümayiş etdiriblər.
Onlar məktəbi bitirdiklərini təsdiq edən sertifikatlarla təltif olunublar.
Sonra yay məktəbində könüllü fəaliyyəti ilə fərqlənən bir qrup gəncə idarənin və təhsil kompleksinin rəhbərlərinin imzası ilə sertifikatlar verilib.
Tədbir şagirdlərin şən musiqi sədaları altında rəqslərlə başa çatıb.