Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru

Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru

Ədalət və hüquq uğrunda: Qoşulmama Hərəkatının əsas məqsədi

Azərbaycan paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti böyük uğurla başa çatıb. BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan və fəaliyyətində beynəlxalq hüququn sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair əsas prinsiplərini rəhbər tutan Qoşulmama Hərəkatının növbəti sammitinin mövzusu “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” olub. Bakı sammitində bütövlükdə 160-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları dünyada baş verən böhranları, regional münaqişələri və onların həlli yollarını müzakirə edib, işğal hallarının və dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması yollarından bəhs edib, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasını bir daha gündəmə gətiriblər. Bu problemlər Qoşulmama Hərəkatının ənənəsinə və qarşısına qoyduğu məqsədlərə tam uyğundur. Bu baxımdan ekspertlər təşkilatın Bakı sammitini çox uğurlu hesab edirlər.

Vurğulayaq ki, Qoşulmama Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda yaradılıb. Bundan əvvəl 1955-ci ildə Bandunqda (İndoneziya) üçüncü dünya ölkələrinin toplantısı keçirilmişdi və Yuqoslaviya Prezidenti İosif Broz Tito, Hindistanın ilk Baş Naziri və Prezidenti Cəvahirləl Nehru, Misir Prezidenti Camal Əbdül Nasirin üçtərəfli məsləhətləşmələri baş tutmuşdu. Onlar müstəqilliyini əldə etmiş ölkələrin dünyanın böyük güclərindən asılı vəziyyətə düşməməsinin, ədalətsizliyin qurbanına çevrilməmənin yollarını müzakirə ediblər. Bunun üçün hüquqi fəaliyyət göstərən təşkilata ehtiyac olduğu aydın görünürdü. Bandunq konfransı bu yolda mühüm addım idi. Onun qəbul etdiyi prinsiplər hazırda Qoşulmama Hərəkatında geniş istifadə edilir.

Həmin prinsiplər sırasında insan haqlarına hörmət, ərazi bütövlüyünə hörmət, təcavüzdən imtina və başqalarının daxili işlərinə qarışmama, hər bir ölkənin fərdi və kollektiv müdafiə hüququna hörmət, başqa dövlətlərə təzyiqdən imtina, böyük dövlətlərin xeyrinə fəaliyyətdən imtina, ərazi bütövlüyünə təcavüzdən imtina, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, ədalətə və beynəlxalq öhdəliyə hörmət kimi prinsiplər vardır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki dərin məzmunlu nitqində vurğulayıb: “Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır”.

Azərbaycan Prezidenti fikirlərini davam etdirərək Azərbaycanın təşkilata sədrliyi müddətində hansı istiqamətlərdə fəaliyyət göstəriləcəyini də konkret ifadə edib. Dövlət başçısı deyib: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.

Azərbaycanın təşəbbüsləri: 120 dövlətin açıq dəstəyi

Bunlardan başqa, Azərbaycan rəhbəri beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərin artırılması zəruriliyini vurğulayıb. O cümlədən BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac meydana gəlib. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Bunlarla yanaşı, Azərbaycan təşkilata sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsinə ciddi səy göstərəcək. Bu da prinsipial məsələdir, çünki qlobal problemlərin həlli ancaq müxtəlif nüfuzlu təşkilatların dialoqunun baş tutması yolu ilə həll edilə bilər. Bu, həm ədalətlidir, həm də beynəlxalq hüquqa uyğundur.

Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin tədbirdə ifadə etdiyi tezislər Hərəkatın XVIII sammitinin qəbul etdiyi sənədlərin məzmununa ciddi təsir edib. Tədbirdə Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədi qəbul olunub. Yekun Sənəddə Azərbaycan üçün böyük əhəmiyyətli fikirlər yer alıb. Qəbul edilmiş sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi ifadə olunub. Bu münaqişənin ancaq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi xüsusi vurğulanıb. Bu o deməkdir ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib.

Daha əhəmiyyətlisi ondan ibarətdir ki, Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıblar. Onlar təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Yəni, işğal faktı ortadadır və bunu inkar etməyə çalışan istənilən açıq və ya gizli fəaliyyət qəbul edilməyəcək.

Bu bənd Ermənistan rəhbərliyinin son zamanlar canfəşanlıq etdiyi bir məsələni alt-üst edir. Rəsmi İrəvan özünü elə aparır ki, guya onun işğalçı ordusu əbədi olaraq Dağlıq Qarabağda olub, bu ərazidə ancaq ermənilər yaşayıb və danışıqlar aksiom kimi bu yalanların qəbulu əsasında ermənilərin əsassız iddialarını təmin etmək üçün aparılmalıdır. Qoşulmama Hərəkatının sənədində isə Azərbaycan hüquqi cəhətdən Ermənistanın bu xülyalarının boş olduğunu sübut edib. Görünür, məhz bu səbəbə görə Ermənistanda bir sıra müxalif dairələr hakimiyyət nümayəndələrini Bakı sammitinə qatılmamaqda ittiham ediblər. Onlar hesab edirlər ki, Ermənistan qorxaqlıq nümayiş etdirib və müzakirələrdən qaçıb. Əslində isə Ermənistan rəhbərliyi haqsız olduğunu və heç bir sanballı arqument gətirə bilməyəcəyini bildiyindən meydana çıxmaqdan qorxur.

Tədbirdə qəbul edilmiş Bakı Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı əhəmiyyət daşıyan müddəa yer alıb. Orada deyilir: “Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Yekun Sənədə isə Azərbaycanın təklifi ilə bir neçə bənd daxil edilib. Məsələn, dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlərlə bağlı meydana gələn problemlərin həllində üzv dövlətlərin böyük məsuliyyəti olduğunu təsdiqləyiblər. Digər müddəa kimi dövlət və hökumət başçıları “Bakı prosesi” kimi təşəbbüslərin səmərəli dialoqun qurulmasına töhfə verdiyini vurğulayıblar. Sənədlərə neonasizmi təbliğ edən addımların qınanması zəruriliyi də daxil edilib.

Beləliklə, 120 tamhüquqlu üzvü olan, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın isə müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində tarixi qərarlar qəbul edilib. Bu tədbir Azərbaycan diplomatiyasının gücünü dünyaya bir daha nümayiş etdirib. Ölkə rəhbərliyi həyata keçirdiyi uzaqgörən və səmərəli siyasəti ilə getdikcə daha geniş miqyasda təsirli fəaliyyət göstərə bilir. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə də Azərbaycan bu istiqamətdə uğurlu addımlarını davam etdirəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib