Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Türkiyə hissəsində tikinti işlərinin 55 faizi tamamlanmışdır
Ankara, 8 may (AZƏRTAC). Türkiyə Nəqliyyat Nazirliyi Dəmiryolu, Limanlar və Hava Meydanları Baş İdarəsinin məlumatına görə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Türkiyə hissəsində tikinti işlərinin 55 faizi tamamlanmışdır.
Layihənin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur. Lakin Gürcüstan ərazisində uzunluğu 28 kilometr olan sahənin daha cənuba çəkilməsi səbəbindən bu prosesdə bir az gecikmə ola bilər.
Açıqlamada bildirilir ki, Bakı-Tbilisi-Qars dəmiryolu və ona paralel olaraq “Marmaray” layihəsi başa çatdıqdan sonra ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınacaqdır. Bu rəqəmin 2034-cü ildə 3 milyon sərnişin və 17 milyon ton yükə çatdırılması planlaşdırılır. Bir çox ölkədən yüklərin daşınması üçün logistika mərkəzi də yaradılacaqdır.
Bakı-Tbilisi-Qars layihəsi yeni bir xəttin - Qars-İğdır-Naxçıvan dəmiryolu xəttinin də tikintisini gündəmə gətirmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bölgəyə səfəri zamanı bu yeni layihəyə əhəmiyyət verildiyini bildirmişdir. Bu dəmiryolu xəttinin Ermənistan tərəfindən blokadaya salınmış Naxçıvan Muxtar Respublikasının Qars vasitəsilə Avropaya çıxışını təmin etməsi nəzərdə tutulur. Layihənin təqribən 750 milyon dollara başa gələcəyi bildirilir. Bu dəmiryolu xəttinin inşası Türkiyə, Azərbaycan və İranın birgə səyləri ilə həyata keçirilə bilər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara çatması mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]