MƏDƏNİYYƏT
Bakı Zooloji Parkında uşaqlar üçün şənlik təşkil edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795225244148_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654103179136718773_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031796175938474_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031794575836861_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031793294558247_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031791192815759_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795679337619_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031792819217286_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031796220560513_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031792543062981_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795476260366_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031792553315834_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/165410317918383212_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031793078334350_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795703452188_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795905242089_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031793327829399_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031794287365443_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031792468920680_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795367918089_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654103179452511809_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795688064314_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031791468921647_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031791602364829_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654103179547485466_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795682511212_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031793280812659_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031791432039379_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031794512858518_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031792246825578_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031792571437920_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795560840701_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16541031795052834809_1200x630.jpeg)
Bakı, 1 iyun, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilk tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gələcək uşaqlara məxsusdur” adlı şənliyə şəhid və qazi uşaqları, 11 nömrəli xüsusi təhsil məktəbindən, 2 saylı internat məktəbindən, 1, 2 və 3 saylı uşaq evlərindən ümumilikdə 500-ə yaxın uşaq qoşulub. Musiqi sədaları ilə müşayiət olunan və gün boyu davam edən şənlik qonaqlarda xoş əhval-ruhiyyə yaradaraq, onların unudulmaz günlərindən birinə çevrilib.
Zooparkın müxtəlif məntəqələrində qurulan pavilyonlarda ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Bununla yanaşı, balacalar açıq havada gimnastika və yoqa ilə məşğul olublar, üzlərini boyayıblar, köpük şousunda iştirak ediblər.
Cizgi film personajlarının iştirakı şənliyi daha da rəngarəng edib, qonaqların diqqəti müxtəlif viktorina və maraqlı oyunlara cəlb olunub.
Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, xalça sənəti, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, eko-çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif ustad dərslərinə qatılıblar.
Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara zooparkın lektoriyasında heyvanların həyat tərzini özündə əks etdirən cizgi filmlər, biologiyası haqqında təqdimatlar nümayiş olunub. Daha sonra, açıq havada heyvanların xarici quruluşları ilə bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq və onlara qayğı göstərmək şansı verilib.
Qeyd edək ki, 2017-ci ildə əsaslı təmirə bağlanan və 4 il davam edən yenidənqurma işlərindən sonra Bakı Zooloji Parkı 2021-ci il oktyabrın 7-də qapılarını yenidən ziyarətçilərə açıb. Təmir-quruculuq işləri zamanı abadlaşdırılan zooparkın ərazisi iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb. Yaşıllıq sahəsi 30 min kvadratmetrə qədər artırılan zooparkda daha təbii mühit yaradılıb. Zooparkın sakinləri üçün təbii ekosistemə yaxın volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl, hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.