BAKIDA AZƏRBAYCANIN XARİCDƏKİ DİPLOMATİK MİSSİYALARININ RƏHBƏRLƏRİNİN ÜÇÜNCÜ MÜŞAVİRƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 7-11-də Bakıda Azərbaycanın xaricdəki diplomatik missiyalarının rəhbərlərinin üçüncü müşavirəsi keçiriləcəkdir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim iyunun 30-da keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
X.İbrahim bildirmişdir ki, müşavirədə Azərbaycanın xarici siyasət kursunun strategiyası, müxtəlif aspektlər müzakirə olunacaqdır.