Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq konfrans başa çatmışdır
Bakı, 7 may (AZƏRTAC). Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda dördgünlük II beynəlxalq elmi konfrans mayın 7-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, BSU və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Kamal Abdullayev (BSU-nun rektoru, AMEA-nın müxbir üzvü), Amanda Erickson (ABŞ, Kolumbiya Universiteti), Eleonora Hüseynova (Belarus, Belarus Dövlət İqtisad Universiteti), Aleksandr Nesterov (Rusiya, Ural Dövlət Universiteti) və digər ölkələrdən olan alim və mütəxəssislər çıxış etmişlər.
Azərbaycanın folklorşünas alimi Məmmədhüseyn Təhmasibin iki cildlik “Seçilmiş əsərləri”nin təqdimatı olmuş, bölmə iclasları keçirilmişdir.
Konfrans azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən dil və ədəbiyyat, ictimai-siyasi elmlər və kulturologiya istiqamətləri üzrə aparılmışdır.
Azərbaycan, Türkiyə, Gürcüstan, ABŞ, Polşa, Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrdən olan alim, tədqiqatçı və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransda 200-dək məruzə dinlənilmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]