CƏMİYYƏT
Bakıda bir sıra yollarda sıxlıq yaranıb
Bakı, 13 dekabr, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
3. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
11. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.