Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransı işə başlamışdır
Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak etmişdir

Bakı, 19 aprel (AZƏRTAC). Aprelin 19-da Bakıda, “Hilton Baku” otelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransı işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak etmişdir.

Müasir dövrdə dünyanı narahat edən problemlərdən olan ərzaq təhlükəsizliyi məsələsinin müzakirəsi üçün Bakıya dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndə gəlmişdir. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatların nümayəndələri konfransa müşahidəçi qismində dəvət olunmuşlar. Bu fakt bir daha konfransa olan marağı nümayiş etdirir.

Regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir.

Konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlər də müzakirə olunacaqdır.

Bakı konfransının yüksək səviyyədə təşkilinə və açılış mərasimində iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da SİLVA dedi:

- Zati-aliləri cənab Prezident Əliyev. İcazənizlə, Sizə Bakıda keçirilən Avropa üzrə 28-ci regional konfransının bütün iştirakçıları adından tədbirimizə “Xoş gəlmisiniz!” demək istərdim. Çox sağ olun ki, bu konfransda iştirak edirsiniz.

Mən doğrudan da, Bakıda ilk dəfə belə gözəl konfransda iştirak edirəm. Bakının çox gözəl şəhər olduğunu öz gözlərimlə gördüm. Bu, mənə çox böyük təsir bağışladı. Çox gözəldir ki, bu regional konfransda on nazir, dövlət katibləri, nazir müavinləri və 46 ölkədən nümayəndə heyətləri iştirak edirlər.

Azərbaycan yoxsulluğun azaldılması, təbii ehtiyatların idarəçiliyi sahəsində, xüsusilə də neft və qaz ehtiyatlarının idarəçiliyi sahəsində böyük uğurlara nail olmuşdur. Siz kənd təsərrüfatını iqtisadiyyatın ən önəmli sektorlarından biri kimi irəli çıxarmısınız. Azərbaycanda ümumi daxili məhsul son illər ərzində bir neçə dəfə artmışdır. Sizin bu istiqamətdə həyata keçirdiyiniz bütün işlərinizi, səylərinizi mən çox yüksək qiymətləndirirəm.

Konfransın sonunda cənab nazir İsmət Abasov və mən sənəd imzalayacağıq. Bu sənəd FAO ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlığın inkişafının yeni mərhələsinin təməlini qoyacaqdır. Azərbaycan FAO-nun fəal iştirakçı üzvlərindən biridir. Bundan başqa, Azərbaycan FAO-ya yeni üzv ölkələrin qəbul olunmasında və regionda digər oyunçu ölkələrin bu prosesə qatılmasında çox böyük rol oynamışdır. Əminəm ki, biz aramızda olan tərəfdaşlığın əsaslarını birlikdə daha da dərinləşdirəcəyik və bu regionun inkişafına öz töhfəmizi verəcəyik.

X X X

Prezident İlham Əliyev konfransın açılışında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab baş direktor!

Hörmətli qonaqlar, əziz dostlar!

İlk növbədə, mən sizin hamınızı Azərbaycanda salamlayıram.

Ölkəmizə xoş gəlmisiniz.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə regional konfransının Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Deyə bilərəm ki, ölkəmizin həyatında çox vacib hadisədir.

FAO ilə Azərbaycan arasındakı əlaqələr artıq böyük tarixə malikdir. Biz bu mötəbər beynəlxalq təşkilatın fəal üzvüyük. Müxtəlif layihələr, proqramlar icra edilir. FAO tərəfindən Azərbaycana verilən dəstək kənd təsərrüfatı sahəsində islahatların aparılması üçün də çox vacibdir.

Mən əminəm ki, bu əməkdaşlıq bundan sonra da sürətlə inkişaf edəcəkdir. Azərbaycan FAO-dakı fəaliyyətini daha da genişləndirəcəkdir. Beləliklə, bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaqdır.

Eyni zamanda, bugünkü konfransın mahiyyəti də çox önəmlidir. Konfransın gündəliyində çox mühüm məsələlər dayanır. Əlbəttə, biz istərdik ki, Azərbaycan haqqında reallıqlar, ölkəmizdə son illər ərzində aparılan islahatlar və nəticələr barədə dolğun məlumat verilsin.

Azərbaycanda kənd təsərrüfatında aparılan islahatlar 1990-cı illərin ortalarından başlamışdır. Prezident Heydər Əliyevin təşəbbüsü ilə çox ciddi və deyə bilərəm ki, radikal islahatlar başlamışdır. Onu da qeyd etmək istəyirəm ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar bəlkə də başqa sahələrə də müsbət təkan vermişdir. Çünki Azərbaycanda, ümumiyyətlə, islahatların aparılması 1990-cı illərin ortalarından başlamışdır.

Biz 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdik. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ölkəmiz həm siyasi, həm iqtisadi sahədə çox böyük çətinliklərlə, fəlakətlərlə üzləşmişdir. İqtisadi sahə, ümumiyyətlə, ölkə iqtisadiyyatı iflic vəziyyətində idi. Sənaye istehsalı tənəzzül edirdi, inflyasiya min faizlərlə ölçülürdü. Ümumiyyətlə, ölkəmizin gələcək inkişafı, xüsusilə iqtisadi sahədəki inkişaf böyük suallar doğururdu. Məhz bu həlledici anlarda - 1990-cı illərin ortalarında kənd təsərrüfatı sahəsində başlamış və bu gün də uğurla davam etdirilən islahatlar bizi bu çətin vəziyyətdən çıxara bilmişdir.

Bu gün bu islahatlar davam etdirilir. Cənab baş direktor qeyd etdiyi kimi, kənd təsərrüfatı bizim üçün prioritet sahədir, xüsusilə, indiki mərhələdə. Çünki biz iqtisadiyyatımızı saxələndiririk.

Azərbaycan qədim neft diyarıdır. Hazırda Azərbaycanın zəngin neft-qaz ehtiyatları həm bizim enerji təhlükəsizliyimizi, həm dostlarımızın enerji təhlükəsizliyini təmin etməkdədir. Biz əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə edirik. Qeyri-neft sektorunun inkişafına dövlət çox böyük investisiyalar qoyur.

Ümumiyyətlə, deyə bilərəm ki, Azərbaycanda investisiya qoyuluşu prosesi sürətlə davam edir. Keçən il 15 milyard dollar investisiya qoyulmuşdur. Hesab edirəm ki, bu il bundan artıq olacaqdır. Daxili investisiyalar artıq xarici investisiyaları üstələyir. İnvestisiyaların böyük hissəsi kənd təsərrüfatına, aqrar sektora, ölkəmizin bölgələrinə yönəldilir.

Biz islahatları davam etdiririk. Hazırda fermerlərə dövlət tərəfindən kifayət qədər böyük yardımlar göstərilir. Yəqin ki, Azərbaycan nümayəndələri konfransda bu məsələlər haqqında sözlərini deyəcəklər. Fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq, gübrələr verilir. “Aqrolizinq” Dövlət Şirkəti yaradılıbdır. Texnikanın alınması və fermerlərə icarəyə verilməsi prosesi də artıq təkmilləşir. Aqroservislər yaradılır. Burada da deyə bilərəm ki, çox müsbət təcrübə vardır. Çünki həm dövlət, həm də özəl aqroservis qurumları vardır. Eyni zamanda, partnyorluq əsasında fəaliyyət göstərən dövlət və özəl aqroservislər kənd təsərrüfatında islahatların daha da ciddi aparılması üçün şərait yaradır.

Biz dünyanın ən mütərəqqi texnologiyalarını Azərbaycana gətiririk. Bütün sahələrə, eyni zamanda, kənd təsərrüfatı sahəsinə də bu texnologiyalar gəlir. Əlbəttə ki, beynəlxalq qurumlarla, ilk növbədə FAO ilə əməkdaşlığımızın nə qədər vacib olduğunu bir daha qeyd etmək istəyirəm. Çünki biz ölkəmizi müasirləşdiririk. Azərbaycanda çox böyük modernləşmə siyasəti aparılır. Kənd təsərrüfatı bizim üçün ən vacib olan sahələrdən biridir. Bu gün cənab baş direktor ilə görüşdə biz bu barədə fikir mübadiləsi apardıq və mən qeyd etdim ki, hazırda Azərbaycanda qeyri-neft sahəsində bizim üçün iki əsas prioritet sahə vardır. Onlardan biri informasiya-kommunikasiya texnologiyaları, digəri isə kənd təsərrüfatıdır.

Kənd təsərrüfatı sahəsi hər bir insan üçün çox önəmlidir, xüsusilə, Azərbaycan üçün. Çünki əhalimizin təxminən yarısı, ondan bir qədər az kənd zonalarında, kəndlərdə yaşayır. Kəndlərdə müasir infrastrukturun yaradılması, müasir xidmətin göstərilməsi məsələləri də bizim üçün prioritetdir. 2004-cü ildə biz ölkəmizdə birinci regional inkişaf proqramını qəbul etmişik. Bu proqram uğurla icra edilib. Proqramın icrası nəticəsində Azərbaycanda bir milyondan artıq yeni iş yeri açılmışdır. Bu iş yerlərinin mütləq əksəriyyəti aqrar sektorda yaranıbdır.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişaf templəri çox yüksəkdir. Son səkkiz il ərzində ümumi daxili məhsulumuz üç dəfə, büdcə xərcləri 20 dəfəyə yaxın artmışdır, yoxsulluq beş dəfə azalmışdır. Səkkiz il bundan əvvəl əhalimizin 49 faizi yoxsulluq şəraitində yaşayırdı. Hazırda bu rəqəm 7,6 faizdir. Şübhə yoxdur ki, yoxsulluq şəraitində yaşayanların əksəriyyəti paytaxtda deyil, bölgələrdə yaşayırdı. Ona görə iqtisadi islahatlarımız və regionlara böyük investisiyaların qoyulması bir neçə məsələyə müsbət təsirini göstərmişdir. Burada biz bir neçə məqsədi təmin edə bilmişik. İlk növbədə, iş yerlərinin açılması, yoxsulluğun azaldılması, bölgələrdən, kəndlərdən böyük şəhərlərə, xüsusilə paytaxta miqrasiyanın dayandırılması. İdxalı əvəzləyən yerli istehsal sahələrinin yaradılması prosesi də çox sürətlə gedir. Biz qarşıya hədəf qoymuşuq ki, özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Hazırda biz özümüzü əsas qida məhsulları ilə böyük dərəcədə - təxminən 80-90 faiz səviyyəsində təmin edirik. Eyni zamanda, bizdə çox güclü ixrac potensialı da formalaşır. İxrac potensialını daha da artırmaq üçün biz indi müxtəlif stimulverici amillərdən istifadə edirik. Yeni bazarlara çıxırıq. Azərbaycanda demək olar bütün yeni, müasir emal müəssisələri dünya standartlarına cavab verir ki, biz məhsulumuzu istənilən bazarlara ixrac edə bilək. Hazırda bizim üçün əsas ixrac bazarı qonşu ölkələrdir. Bu, ənənəvi bazardır. Ancaq biz məhsullarımızla artıq Avropa İttifaqı məkanına da çıxırıq. Əminəm ki, yaxın zamanlarda bu işlər daha da sürətlə gedəcəkdir.

İslahatlar davam etdirilir. Bu islahatlar, bir daha demək istəyirəm ki, ölkəmizin inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə xidmət göstərir.

Bu gün Azərbaycanın kifayət qədər böyük maliyyə resursları vardır. Bu resurslar qeyri-neft sektorunun inkişafına yatırılır. Beləliklə, ölkə iqtisadiyyatının dayanıqlığı təmin edilir.

Ərzaq təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində çox mühüm yer tutur. Azərbaycan artıq donor ölkəyə çevrilir. Biz müstəqilliyimizin ilk illərində beynəlxalq təşkilatlardan böyük yardımlar almışıq və buna görə minnətdarıq. Bu yardımlar bizə imkan verib ki, ölkəmizi inkişaf etdirək.

Hazırda biz müxtəlif sahələrdə, o cümlədən FAO-nun məşğul olduğu sahədə də donor ölkəyə çevrilirik. Biz istəyirik ki, bu sahədəki fəaliyyəti, FAO ilə birlikdə, əlaqələndirilmiş şəkildə aparaq. Çünki Azərbaycanın təcrübəsi hesab edirəm ki, çox dəyərlidir. Biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına çox qısa müddət ərzində keçmişik. Müstəqilliyi bərpa etdikdə - 1991-ci ildə bazar iqtisadiyyatı bizim ümumi daxili məhsulda sıfır faizə bərabər idi. Hazırda Azərbaycan iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorda formalaşır. Biz dövlət-özəl partnyorluq təcrübəsinə malikik. Biz yoxsulluqdan inkişafa çox çətin yolu qısa müddət ərzində qət edə bilmişik. Qeyd etdiyim kimi, son səkkiz ildə ümumi daxili məhsul üç dəfə, yəni 300 faiz artmışdır. Ancaq növbəti onillik üçün bizim daha da ciddi planlarımız, hədəflərimiz vardır. Mən bu barədə artıq bəyanatlar vermişəm ki, növbəti 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul daha iki dəfə artmalıdır. Bu artıq, ilk növbədə qeyri-neft sektorunun hesabına baş verməlidir.

Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz müsbətdir, bu islahatlar mütləq aparılmalıdır. İlk növbədə, kənd təsərrüfatı sahəsində aparılmalıdır. Biz torpağı kəndlilərə, insanlara qaytardıq. Çünki uzun illər idi ki, biz Sovet İttifaqının tərkib hissəsi idik. Bildiyiniz kimi, hər şey, o cümlədən torpaq dövlətə məxsus idi. Yəni, cəsarətli islahatların aparılması gözəl nəticələrə gətirib çıxarmışdır. Sovet İttifaqı zamanında Azərbaycan əsas ərzaq məhsullarını başqa respublikalardan gətirirdi. Ancaq hazırda biz nəinki böyük dərəcədə özümüzü təmin edirik, eyni zamanda, ixrac potensialımız da yaranıbdır. Yəni, bu müsbət təcrübə hesab edirəm ki, vacib ola bilər və bununla bərabər, biz FAO ilə müxtəlif layihələrdə əməkdaşlığın dərinləşməsində maraqlıyıq.

Biz aclığa qarşı mübarizədə daha da fəal rol oynamağa hazırıq. Çünki aclıq XXI əsrin ən böyük bəlasıdır. Yəni, bu, dözülməzdir ki, hazırda bu gün, bu dəqiqə aclıqdan ölənlər vardır. Biz bütün səylərimizi birləşdirib bu böyük bəlaya qarşı ciddi mübarizə aparmalıyıq. Azərbaycan buna hazırdır və hesab edirəm ki, FAO-nun çox dəyərli üzvü kimi bu sahədə biz konkret addımları atmağa hazırıq. Əminəm ki, bu konfransda bu məsələ də müzakirə ediləcəkdir.

Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Biz əlbəttə, son illər ərzində kənd təsərrüfatında böyük islahatlar aparmışıq və bu islahatları aparacağıq. Yeni torpaqların dövriyyəyə buraxılması prosesləri gedir. Torpağa xidmət müasir səviyyədə aparılır. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Mən hesab etmirəm ki, biz istədiyimizə tam şəkildə nail ola bilmişik. Qüsurlar da, problemlər də, çətinliklər də vardır. Ancaq biz bu problemlərin həll yollarını bilirik. Ancaq bizim ərazimizin müəyyən hissəsi 20 ilə yaxındır ki, işğal altındadır. Ermənistanın Azərbaycana qarşı apardığı işğal və etnik təmizləmə siyasəti torpaqlarımızın, yəni beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının 20 faizinin işğal altına düşməsinə gətirib çıxarmışdır.

Orada bütün infrastruktur dağıdılmışdır. Eyni zamanda, kənd təsərrüfatı üçün yararlı torpaqlar indi istifadəsiz qalır. Əgər münaqişəyə son qoyularsa, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə riayət edərsə və işğal edilmiş torpaqlardan öz xoşu ilə çəkilərsə, hazırda işğal altında olan torpaqlar da dövriyyəyə buraxılacaqdır. Beləliklə, kənd təsərrüfatı, insanların normal yaşaması üçün daha da yaxşı imkanlar yaranacaqdır.

Biz bundan sonra da bütün beynəlxalq təşkilatlar, o cümlədən FAO ilə əməkdaşlığımızı davam etdirəcəyik. FAO-nun dünyadakı mövqeləri möhkəmlənir. Bu təşkilat çox böyük nüfuza malikdir və BMT ailəsində öz konkret proqramı ilə seçilir. Azərbaycan da BMT-nin fəal üzvüdür. Keçən il oktyabr ayında müstəqilliyimizin 20 illiyini qeyd edərkən, eyni zamanda, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Hesab edirəm ki, bu, müstəqillik tarixində bizim ən böyük qələbəmizdir, ən böyük diplomatik uğurumuzdur. Çünki gənc müstəqil dövlət üçün dünyanın bir nömrəli mötəbər qurumuna üzv seçilmək, doğrudan da, böyük nailiyyətdir. Sevindirici hal ondan ibarətdir ki, namizədliyimizi 155 ölkə dəstəkləmişdir. Bu, onu göstərir ki, son 20 il ərzində Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş, dost, ədaləti müdafiə edən ölkə kimi tanıtdıra bilmişdir. Biz hazırda BMT Təhlükəsizlik Şurasında fəaliyyətə başlamışıq, prinsipial mövqeyimizlə seçilirik. Gələn ay dünyanın bir nömrəli qurumuna biz sədrlik edəcəyik. Biz Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik. Ədalətin tam şəkildə bərqərar olması üçün dünyada aclıq olmamalıdır. Aclıq, yenə də deyirəm, bəlkə də ən böyük ədalətsizlikdir.

Bir daha demək istəyirəm və tam əminəm ki, Azərbaycan bu islahatlarda yeni uğurlar qazanacaq, beynəlxalq təşkilatlarla, FAO ilə əməkdaşlığımız daha da dərinləşəcəkdir.

Hörmətli dostlar, sonda demək istərdim ki, ümidvaram, qonaqlarımız, dostlarımız şəhərimizlə tanış ola biləcəklər. Bu, çox önəmli bir konfransdır. Bu konfrans Bakıda keçirilir. Bu konfransın gündəliyində çox önəmli məsələlər qeyd olunubdur. Buna baxmayaraq, əksəriyyətiniz Azərbaycana ilk dəfədir ki, gəlib. Ona görə də ümidvaram imkanınız olacaqdır ki, siz Bakımızı görəsiniz, Bakının mədəniyyəti ilə tanış olasınız, Azərbaycanı daha yaxşı tanıyasınız və bizim dostlarımıza çevriləsiniz.

Bir daha sizə uğurlar arzu etmək istərdim. Cənab baş direktor, sizə və bütün həmkarlarınıza təşəkkürümü bildirmək və konfransın işinə uğurlar arzu etmək istərdim. Sağ olun.

X X X

Dövlətimizin başçısı konfrans iştirakçıları ilə görüşdü.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib