Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA DİPLOMATİK NÜMAYƏNDƏLƏRİN FORUMUNUN 8-Cİ İCLASI KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat mərkəzindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, sentyabrın 27-də Baş Prokurorluğun Tədris Mərkəzində İnsan hüquqları və demokratikləşdirmə üzrə diplomatik nümayəndələrin forumunun 8-ci iclası keçirilmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə təşəbbüsü ilə keçirilən iclasda ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların, 14 xarici dövlətin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin nümayəndələri iştirak etmişlər.

Forumda “Prokurorluq orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər, həyata keçirilən demokratik islahatlar və əldə edilmiş nailiyyətlər barədə” məruzə ilə çıxış edən Baş prokurorun müavini Eldar Nuriyev müstəqillik illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiya edən Azərbaycanda hüquqi, demokratik və sivil dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırılması yolunda görülən tədbirlər barədə danışmışdır.

Sonra Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan islahatlar və struktur dəyişiklikləri, prokurorluğun fəaliyyətini nizama salan normatik-hüquqi baza yaradılması, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinin və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində prokurorluq orqanlarında həyata keçirilən tədbirlər diqqətə çatdırılmışdır. “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” dövlət başçısının təsdiq etdiyi Əsasnaməyə müvafiq olaraq, demokratik və səffaf prosedurlar əsasında aşkarlıq şəraitində 2002-ci və 2003-cü illərdə keçirilmiş prokurorluğa işə qəbul barədə qonaqlara ətraflı məlumat verilmişdir.

Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Prezident İlham Əliyev tərəfindən imzalanmış 3 mart 2004-cü il tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Sərəncama müvafiq olaraq, Baş prokurorun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təcəssümü və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım kimi qiymətləndirilmişdir.

Bildirilmişdir ki, həyata keçirilən islahatların tərkib hissələri kimi “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının təsis edilməsi, Respublika Baş Prokurorluğunun veb-saytının yaradılması, habelə Azərbaycan Porkurorluğu muzeyinin yenidən təşkil olunması prokurorluq orqanlarının fəaliyyətində aşkarlığın daha da genişləndirilməsi, milli prokurorluğun tarixi keçmişinin öyrənilməsi və kadrların müasir tələblər səviyyəsində formalaşdırılması üçün əlavə mənbələrin yaradılması baxımından çox müsbət əhəmiyyət daşıyır.

İclasda Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirildiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə, Respublika Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dünya dövlətlərinin prokurorluq orqanları ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərə çarpdırılmışdır. Vurğulanmışdır ki, Azərbaycan Prokurorluğunda aparılan demokratik məzmunlu islahatların beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilməsinin nəticəsidir ki, öz sıralarında 80-dən çox dövlətin prokurorlarını birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin növbəti iclası 2002-ci ilin may ayında Bakı şəhərində keçirilmişdir. Assosiasiyanın prezidenti Nikolas Kouderinin rəhbərlik etdiyi nümayəndə heyətinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul edilməsi Bakı şəhərində keçirilən bu beynəlxalq tədbirin gedişində ən əlamətdar hadisə olmuş, səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə ciddi zəmin yaratmışdır.

Dünya dövlətlərinin prokurorluq orqanları ilə əlaqələrin inkişaf etdirilməsinə yönəldilmiş tədbirlər sırasında Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Tszya Çinvanın və Avstriya Respublikasının Baş prokuroru Valter Presslauyerin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Azərbaycana səfərinin, imzalanmış əməkdaşlıq proqramlarının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Müasir dövrdə ən aktual məsələlərdən biri olan korrupsiyaya qarşı mübarizə problemlərinə həsr olunmuş beynəlxalq tədbirlərdə, o cümlədən Korrupsiyaya qarşı dövlətlər qurumu, Çirkli pulların yuyulması problemləri üzrə beynəlxalq maliyyə komissiyası, Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı tədbirlərin qiymətləndirilməsi üzrə ekspert komitəsi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların keçirdiyi seminar, müşavirə, treninqlərdə Baş Prokurorluğun əməkdaşlarının səmərəli iştirakı qeyd edilmişdir.

İclasda Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərləri qonaqları maraqlandıran çoxsaylı suallara ətraflı cavab vermiş, ümumi maraq doğuran məsələlər üzrə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirin gedişində iştirakçılar Baş Prokurorluğun müasir standartlar səviyyəsində təşkil edilmiş tədris mərkəzinin inzibati binası, kitabxanası, auditoriyaları, müxtəlif təyinatlı fənn kabinələri ilə tanış olmuşlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb