Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA ƏN MÜASİR ATICILIQ STENDİ İSTİFADƏYƏ VERİLMİŞDİR

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİNÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Əziz idmançılar!

Əziz dostlar!

Bu gözəl kompleksin açılışı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Azərbaycanda idman inkişaf edir. İdmana göstərilən qayğı yüksək səviyyədədir. Bu qayğının nəticəsində idmançılarımız beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edirlər. Azərbaycan idmançıları dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nəticələr göstərərək, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırlar. O cümlədən stend atıcılığı idman növündə Azərbaycanın çox gözəl nəticələri vardır.

Zemfira Meftahəddinova 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya oyunlarında çempion olubdur. Bundan əlavə, o, Dünya kubokunun sahibidir və dünya rekordçusudur. Biz əminik ki, 2004-cü ildə Afinada keçiriləcək Yay Olimpiya oyunlarında da Zemfira Azərbaycanı ləyaqətlə təmsil edəcəkdir.

Uzun illərdir ki, stend atıcılığı ilə məşğul olan idmançılarımızın Azərbaycanda məşq etmək üçün imkanları olmamışdır. Buna görə də onlar məcbur olub təlim-məşq toplanışlarını xaricdə keçiriblər. Əlbəttə, bu, əlavə əziyyət idi, əlavə çətinliklər yaradırdı. Ona görə Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə belə bir gözəl kompleks yarandı. Bu kompleks həm idmançılarımıza xidmət edəcək, eyni zamanda, Bakı şəhərinin sakinləri üçün də açıq olacaqdır. Burada sərbəst şəkildə hər bir vətəndaş öz asudə vaxtını keçirə bilər.

Bu gün Azərbaycanda idman qurğularının sayı getdikcə artır. Azərbaycanın müxtəlif bölgələrində idmanın maddi-texniki bazası yaradılır. Eyni zamanda, Bakı şəhərində də idman komplekslərinin sayı artır. Çox məmnunam ki, Milli Olimpiya Komitəsinin təşəbbüsünə qoşularaq, Federasiyalar da müvafiq idman qurğuları yaradırlar. Ağırlıqqaldırma Federasiyası, Voleybol Federasiyası, Həndbol Federasiyası, Otüstü Xokkey Federasiyası, Taekvondo Federasiyası özləri üçün Bakıda müvafiq qurğular, komplekslər yaradırlar. Çox müsbət haldır ki, bütün yeni yaradılan idman obyektləri ən yüksək standartlara cavab verir. O cümlədən bu gün açdığımız bu kompleks.

Bunun inşasında yerli mütəxəssislər, şirkətlər iştirak ediblər. Bu da çox sevindirici haldır. Azərbaycanın tikinti sahəsində də gözəl təcrübə toplanır, bizim inşaatçılarımız belə komplekslərin yüksək səviyyədə tikilməsini təmin edirlər.

Bu kompleks Milli Olimpiya Komitəsinin və Gənclər, İdman və Turizm Nazirliyinin birgə əsəridir. İşin inşaat tərəfinə nazirlik cavabdehlik daşıyıb, avadanlığın alınmasını isə Milli Olimpiya Komitəsi təmin edibdir. Deyə bilərəm ki, hər iki sahədə yaxşı işlər görülübdür. Bu, həm memarlıq baxımından çox gözəl binadır, eyni zamanda, ən müasir avadanlıqla təchiz olunubdur. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmana rəhbərlik edən qurumların arasında işbirliyi var, əməkdaşlıq var. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, federasiyalar, idman cəmiyyətləri - biz hamımız vahid bir komanda kimi fəaliyyət göstəririk. Mən əminəm ki, məhz bu birgə fəaliyyətin nəticəsində Azərbaycan idmanda böyük uğurlar əldə edə bilibdir.

Biz çox maraqlıyıq ki, Azərbaycanda beynəlxalq yarışlar keçirilsin. Artıq bir neçə mötəbər yarış keçirilibdir. Dünya, Avropa çempionatları, Afina Olimpiadasına hazırlıq mərhələsində seçmə turnirləri də Azərbaycanda keçiriləcəkdir. Azərbaycanda üç lisenziya turniri olacaqdır. Deyə bilərəm ki, respublikamız yeganə ölkədir ki, burada üç lisenziya turniri keçiriləcəkdir. Bunlar boks, voleybol və taekvondo üzrə turnirlərdir. Biz müvafiq beynəlxalq federasiyalara bu barədə təkliflərlə müraciət etmişdik və çox şadıq ki, bizim müraciətimiz cavabsız qalmadı. Məhz ona görə cavabsız qalmadı ki, biz beynəlxalq idman qurumları ilə çox sıx əlaqələr yarada bilmişik. Əlbəttə, Azərbaycan idmanında əldə olunan nailiyyətlər, yüksək səviyyədə keçirilən beynəlxalq yarışlar, beynəlxalq idman təşkilatları üçün də sirr deyil və onlar bütün bu amilləri nəzərə alaraq, bu turnirlərin məhz ölkəmizdə keçirilməsi haqqında qərar qəbul etdilər. Şübhəsiz ki, bizim idmançılarımıza burada çıxış etmək daha da əlverilşli olacaqdır. Mən əminəm ki, 2004-cü ildə keçiriləcək Afina Yay Olimpiya Oyunlarında da idmançılarımız doğma Azərbaycanımızı layiqincə təmsil edəcəklər.

İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdman o ölkədə inkişaf edir ki, orada sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq var. Bütün bu amillər Azərbaycanda mövcuddur. Bunların Azərbaycanda mövcud olmasının səbəbkarı möhtərəm cənab Prezident Heydər Əliyevdir. Məhz onun Azərbaycanda apardığı siyasətin nəticəsində sabitlik yaranıb, ölkəmiz iqtisadi cəhətdən inkişaf edir və bu bizə imkan verir ki, bütün sahələrdə uğurlar qazanaq. Əlbəttə, cənab Prezident tərəfindən idmançılarımıza, ümumiyyətlə, idmanın inkişafına bu qayğı, diqqət göstərilməsəydi, biz bu uğurları əldə edə bilməzdik. Bütün bu amillər - həm dövlət tərəfindən göstərilən diqqət, həm idmançılarımıza yaradılan gözəl şərait, məşqçilərimizin məqsədyönlü, peşəkar fəaliyyəti sayəsində bu uğurları qazanmışıq.

Bu da böyük bir hadisədir. İdman, sadəcə olaraq, idman deyildir. Bu, hər bir ölkə üçün çox önəmli amildir, önəmli bir atributdur. Müstəqilliyimizi əks etdirən bir sahədir. Çünki ölkələr ancaq idman yarışlarında bir-biriləri ilə mübarizə aparırlar. Məsələn, Sidney Olimpiya oyunlarının nəticələri bizi ona görə sevindirir ki, Azərbaycan 199 ölkə arasında 34-cü yeri tuta bilibdir. Mən gələcəyə çox nikbinliklə baxıram və əminəm ki, qarşıdan gələn Olimpiadada Azərbaycanın reytinqi daha yüksək ola bilər. Bunu deməyə əsas da var. Çünki ötən Olimpiadadan keçən üç ildə bir neçə idman növündə böyüklər arasında bizim dünya çempionlarımız vardır. Əlbəttə, onlar Olimpiya oyunlarında da medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan gələcəkdə idman sahəsində daha da sürətlə inkişaf edəcəkdir. Biz bir məsələyə də daim diqqət göstəririk. Bu da uşaqların, yeniyetmələrin idmanla məşğul olmasıdır. Bu, həm onların fiziki sağlamlığı nöqteyi-nəzərindən önəmlidir, eyni zamanda, idmanın davamlı inkişafını təmin etmək üçün yeni gənc nəsil yetişməlidir. Azərbaycan o ölkələrdəndir ki, məhz yerli kadrlara arxalanır. İndi bizdə yeniyetmələr, gənclər arasında çox güclü idmançılar var. Onlar 4-5 ildən sonra Azərbaycanın idman şərəfini dünyada qoruyacaqlar.

Bir sözlə, bu proses gedir. İdman Azərbaycanda kütləvi xarakter alır. İdmanla məşğul olmaq istəyənlərin sayı artır. Bunu Bakıda müşahidə edirik. Ən önəmlisi isə odur ki, Azərbaycanın müxtəlif bölgələrində də müşahidə edirik. Çünki keçmişdə Bakıda kifayət qədər idman obyektləri var idi. Amma rayonlarda olan obyektlərin əksər hissəsi dağıdılmışdı. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi məhz rayonlarda yeni, müasir idman bazalarını yaradır. Çünki idmanla məşğul olmaq üçün Bakıda şərait varsa, deməli, Azərbaycanın hər bir bölgəsində bu şərait olmalıdır. Azərbaycan hərtərəfli, dinamik inkişaf etməlidir. Azərbaycanın bölgələri inkişaf etməlidir və bu da bizim ölkəmizi gücləndirəcəkdir.

Mən əminəm ki, burada məşq edəcək idmançılarımız Zemfiranın yolunu təkrarlamaq istəyəcəklər. Zemfira, doğrudan da, çox görkəmli idmançıdır. Sözün əsl mənasında, idmançıdır. Həm idmançı kimi çox güclüdür, həm də insan kimi çox yaxşı insandır. Mənim ona çox böyük hörmətim var. Onun məşqçisi Hafiz Cəfərov da keçmişdə SSRİ milli komandasının baş məşqçisi idi. Mən eşitmişdim ki, bir müddət Azərbaycanda bu idman növünə biganə münasibət olan zaman Hafiz müəllimə xaricdən təkliflər gəlmişdi. Onu dəvət edirdilər. Çünki o, dünya səviyyəli mütəxəssisdir.

ardı varQG BE

Amma çox şadam ki, Hafiz müəllim Azərbaycanda qaldı. Onun Azərbaycanda qalması ona gətirib çıxardı ki, ölkəmiz Sidney Yay Olimpiya oyunlarında ilk qızıl medalı məhz bu idman növündə qazandı. Mən bilirəm ki, indi yeni nəsil yetişir. Əminəm ki, bu stend fəaliyyətə başlayandan sonra bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı artacaqdır. Bu da öz növbəsində, Azərbaycanda yeni istedadları üzə çıxaracaqdır. Mən əminəm ki, burada məşq edən gənclər Azərbaycanın idman şöhrətini daim uca tutacaq, doğma Vətənimizə yeni qələbələr gətirəcəklər.

Ümumiyyətlə, idmançılarımıza minnətdaram ki, onlar Azərbaycanın Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən siyasəti dəstəkləyirlər. Bu, bizim üçün çox vacibdir. Çünki biz ümumi iş görürük. Bu işdə təkcə rəhbərlik nailiyyətlər əldə edə bilməz. Rəhbərliyin vəzifəsi ondan ibarətdir ki, idmançılara şərait yaratsın, onların beynəlxalq yarışlarda iştirakını təmin etsin. İdmançıların isə vəzifəsi odur ki, məşqlərə, yarışlara ciddi yanaşsınlar, ölkəmizi ləyaqətlə təmsil etsinlər. Bu iki amil Azərbaycanda var və bizim uğurlarımızın əsl səbəbi də bunların olmasıdır.

Əziz idmançılar!

Əziz Binəqədi rayonu sakinləri!

Mən sizin hamınızı bu gözəl, əzəmətli, dünya standartlarına cavab verən yeni idman kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra Baş nazir İlham Əliyev kompleksin rəsmi açılışını bildirən qırmızı lenti kəsdi.

Azərbaycan hökumətinin başçısı kompleksin zövqlə, memarlıq baxımından yüksək keyfiyyətlə tikilmiş inzibati binası, məşqçilər otağı, istirahət və baxış guşələri, konfrans salonu, yeməkxanası və digər yardımçı otaqları ilə tanış oldu.

Daha sonra o, stend atıcılığı meydanına gəldi. Baş nazirə məlumat verildi ki, Finlandiyadan gətirilən xüsusi idman avadanlığı burada yalnız respublika miqyaslı yarışların deyil, dünya və Avropa çempionatları və digər beynəlxalq yarışların keçirilməsinə də imkan yaradacaqdır.

Mərasimin sonunda Baş nazir İlham Əliyev və digər qonaqlar Olimpiya çempionu Zemfira Meftahəddinovanın və idman ustası Emin Cəfərovun stend atıcılığı üzrə nümunəvi çıxışlarına tamaşa etdilər.

X X X

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər açılış mərasimində iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH