BAKIDA İDMAN GİMNASTİKASI HAKİMLƏRİ ÜÇÜN BEYNƏLXALQ KURSLAR KEÇİRİLİR
Bakıda idman gimnastikası hakimləri üçün beynəlxalq kurslar keçirilir. Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kurslara Beynəlxalq Gimnastika Federasiyasının kişi idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Adrian Stoyka rəhbərlik edir. O demişdir: “Bakıya gəlməyimə çox şadam və əminəm ki, biliklərim hakimlərə fəaliyyətlərində faydalı olacaqdır. Azərbaycanda son illər gimnastika yeni səviyyəyə çıxmışdır. Ölkənizdə gimnastikanın inkişafının əsas göstəriciləri təkcə idman nəticələri deyil, həm də onun beynəlxalq münsiflikdə təmsil edilməsidir. Zənnimcə, sizin hakimləriniz tezliklə Avropa və dünya çempionatlarında təmsil ediləcəklər. Kurslar başa çatandan sonra seminar iştirakçıları beynəlxalq kateqoriyalı hakim dərəcəsi alacaqlar”.
Texniki Komitənin prezidenti qadın idman gimnastikası üzrə azərbaycanlı hakim Lalə Abdullayevanın da seminarda iştirak etməsindən məmnunluğunu bildirmişdir. Onun fikrincə, ölkəmizdə qadın idman gimnastikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. L.Abdullayevanın sözlərinə görə, tezliklə Bakı Gimnastika Məktəbinə qızların qəbulu başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]