Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Jumeirah Bilgah Beach Hotel”kompleksi açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 28 dekabr (AZƏRTAC). Dekabrın 28-də Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya gül dəstələri təqdim edildi.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan “Jumeirah Group”un MDB məkanında ilk otelidir. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi ölkəmizdə turizmin inkişafının, istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir.

Diqqətə çatdırıldı ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi original arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri təklif etməsi ilə fərqlənir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.

Qeyd edildi ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılmışdır. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 yerlik avtomobil qarajı vardır. Ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, minlərlə dekorativ kol və güllər əkilmişdir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, dörd ilə tikilən otelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. Gələcəkdə kompleksdə yerli kadrların işlə təmin olunmasına xüsusi diqqət veriləcəkdir.

Otelin birinci mərtəbəsinin dizaynı özəlliyi ilə seçilir. Divarlarda 14 min metal şardan istifadə edilməklə yaradılan dekorativ kompozisiya buraya xüsusi yaraşıq verir. Bu mərtəbədə hündürlüyü 58 metr olan çılçıraq quraşdırılmışdır. Kompleksin zəngin kitabxanasında Fransadan gətirilmiş qiymətli kitablar toplanmışdır. Oteldə qeydiyyat mərkəzi və qonaqların istirahəti üçün rahatlığı ilə seçilən gözləmə otağı da xüsusi zövqlə işlənmişdir.

Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da vardır.

İşıqlandırma sisteminin mükəmməlliyi ilə seçilən otelin birinci mərtəbəsində dənizin cazibədar mənzərəsi görünən və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik zal yaradılmışdır. Bu mərtəbədəki 44 nəfərlik “Piano lunch” da qonaqların ixtiyarına veriləcəkdir. Dünya memarlığının ən son yeniliklərinin tətbiq olunduğu otelin dizayn elementləri turistlərdə xoş ovqat yaradacaqdır. Otelin restoranlarında qonaqlara yerli və xarici mətbəxlərin ləziz yeməkləri təqdim olunacaqdır.

Məlumat verildi ki, kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Qonaqların istirahəti üçün hər cür şəraitin olduğu bütün nömrələrdən Xəzər dənizinin füsunkar panoramını seyr etmək mümkündür. Otaqlar simsiz internet, fərdi kondisioner sistemi, fərdi seyflər və birbaşa çıxışı olan telefonla təmin edilmişdir. Oteldə yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kvadratmetr olan nömrə, 125 kvadratmetrlik “Ambassador suit” də yaradılmışdır.

Otelin zirzəmi qatında işgüzar şəxslərin müxtəlif tədbirlər keçirmələri üçün lazımi şərait yaradılmışdır. Buradakı 4 konfrans zalı müasir işıq və səsləndirmə sistemi ilə tam təchiz olunmuşdur. Zallarda videomaterialların izlənməsi üçün iri monitor da quraşdırılmışdır.

Kompleksdə qonaqlar üçün 24 saat fəaliyyət göstərən 150 nəfərlik böyük restoran yaradılmışdır. Buradakı Talas SPA və ümumi sahəsi 2 min 600 kvadratmetr olan Fitnes-Mərkəz müasirliyi ilə diqqəti çəkir. Bununla yanaşı, qonaqlara pulsuz xidmətin göstəriləcəyi su divarı və masaj otaqları, türk hamamı, saunalar, buxar otaqları, 7 müalicə otağı, 2 VİP SPA yaradılmışdır. Bütün istirahət hollarında vitamin barları işləyir. Fitnes-Mərkəzdəki qapalı üzgüçülük hovuzunun uzunluğu 20, eni 10 metrdir.

Turistlərin müxtəlif əyləncə mərkəzlərindən istifadə edə biləcəkləri 350 metrlik dəniz sahili ilə əhatələnmişdir. İlin isti aylarında dəniz sahilində açıq havada eyni vaxtda 600 nəfərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Kompleksin dənizin sahilinə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərəcəkdir. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu vardır.

Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir.

Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

Prezident İlham ƏLİYEV kollektivi salamlayaraq dedi:

- Sabahınız xeyir olsun. Bu gün şəhərimizin tarixində çox əlamətdar bir gündür. Bakı şəhərində çox gözəl, müasir otel açılır. “Jumeirah-Bilgah” otelinin fəaliyyətə başlaması çox əlamətdar hadisədir. Otel çox gözəldir. Mən indi otelin bütün yerləri ilə tanış olmuşam. Çox gözəl otaqlardır, çox gözəl dizayn. Otaqların hamısı dəniz mənzərəli. Bu, otelin əlbəttə ki, dəyərini artırır. İctimai yerlər çox böyük zövqlə yaradılmışdır. Mənə verilən məlumata görə, burada 9 restoran, idman zalı, qapalı, açıq üzgüçülük hovuzları fəaliyyət göstərəcəkdir. Burada iclasların, beynəlxalq tədbirlərin, şənliklərin keçirilməsi üçün bir neçə gözəl yer mövcuddur. Mən artıq “Jumeirah Group”un rəhbərinə dedim ki, bu oteldə, hər bir gözəl oteli fərqləndirən bütün əlamətlər cəmlənib. Nadir, gözəl, yaraşıqlı, çox böyük zövqlə yaradılmış bir oteldir.

Əlbəttə, otelin üstünlüyü onun yerləşməsindən asılıdır. Bu otelin yerləşməsi də çox nadirdir. Dəniz kənarında, şəhərdən bir qədər aralı yerləşir. Buranın havası da çox təmizdir. Amma, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna da çox yaxındır, cəmi 10-15 dəqiqə ərzində aeroporta çatmaq mümkündür. Bakıdan çəkilən gözəl yol da rahatlığı artırır. Səkkizzolaqlı yol tikilib və bu iş davam edir. Ümid edirəm ki, bir ildən sonra buradan Sumqayıta qədər də yeni yol açılacaqdır. Bilgəh-Sumqayıt yolunun tikintisi indi uğurla gedir. Bir sözlə, bu gün gördüyüm mənzərə məni çox sevindirir. Mən çox şadam ki, ölkəmizdə, Bakıda, Bilgəhdə dünya səviyyəli otel yaradılıbdır. “Jumeirah” otellər şəbəkəsi dünya şöhrətli şəbəkədir. Onun müxtəlif ölkələrdə otelləri vardır. Mən bəziləri ilə tanışam. Əlbəttə ki, mən o otellərin hamısı haqqında bir şey deyə bilmərəm. Amma, ümid edirəm ki, bu, “Jumeirah”ın ən gözəl otellərindən biri olacaqdır.

Azərbaycanda təkcə bu il üçüncü beşulduzlu otel açılıb. Bir qədər əvvəl “Kempinski”, ondan sonra “Hilton” istifadəyə verilib, indi də “Jumeirah” oteli açılır. Bir ildə beşulduzlu üç otelin açılması çox böyük hadisədir. Bu, onu göstərir ki, investorlarda Azərbaycanın gələcəyinə, turizm potensialına çox böyük ümidlər, inam vardır. Yerli və xarici investisiyalar Azərbaycanda lazımi səviyyədə qorunur. Biz ötən 15 il ərzində ölkəmizə 100 milyard dollardan artıq investisiya cəlb edə bilmişik. Təkcə keçən il 16 milyard, bu il hələ ki, hesablamalar gedir. Əminəm ki, vəsait Azərbaycan iqtisadiyyatına ondan artıq qoyulub. Bu vəsaitin bir hissəsi turizm infrastrukturunun yaradılmasına yönəldilir.

Gələn il təkcə Bakıda yenə də beşulduzlu üç otel fəaliyyətə başlayacaqdır - “Marriott”, “Four seasons” və “Bermond” otelləri. Beləliklə, iki il ərzində Bakıda, təkcə bir şəhərdə, beşulduzlu, dünya şöhrətli 6 otel istifadəyə verilir. Mən hesab edirəm ki, bu, nadir bir hadisədir. Nəinki bu bölgədə, postsovet məkanında və geniş mənada qitədə nadir bir hadisədir ki, iki il ərzində bir şəhərdə dünyanın ən məşhur 6 brendi öz otellərini müştərilərin üzünə açır. Bu, ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, yerli və xarici şirkətlər Azərbaycana vəsait qoymaq üçün öz imkanlarını gücləndirirlər.

Azərbaycan yaşamaq, istirahət etmək üçün çox gözəl bir yerdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk. Yeni infrastruktur layihələri icra edilir. Qədim Bakı nəzarət altındadır, dövlət tərəfindən qorunur. İçərişəhərdə təmir-bərpa işləri böyük zövqlə aparılır. Bizim gözəl bulvarımız yenidən qurulubdur. Bakıda yeni bulvar tikilir. Biz bir neçə aydan sonra yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Bayraq Meydanına qədər uzanacaq, Bayraq Meydanı ilə birləşəcəkdir. İndiki bulvarımızın 4 kilometrinə əlavə ən azı 8 kilometr dənizkənarı gəzinti zolağı əlavə edilməlidir.

Bakı, yenə də deyirəm, dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk, Bakını qoruyuruq, sevirik. Belə gözəl otellərin Bakıda yaradılması şəxsən məni çox sevindirir. Onu da qeyd etməliyəm ki, təkcə Bakıda deyil, digər bölgələrdə də hazırda beşulduzlu bir neçə otel tikilməkdədir. Biri Qubada, üçü isə yeni yaradılan “Şahdağ” qış-yay turizm kompleksi zonasında. Bu otellərin istifadəyə verilməsi Azərbaycanın turizm potensialını daha da gücləndirəcəkdir.

Bu il Azərbaycanda “Turizm ili” elan edilibdir. Mən çox şadam ki, “Turizm ili”ndə dünya otel şəbəkələri Azərbaycanda gözəl otellər açırlar, gözəl memarlıq abidələri yaradırlar.

Mən sizi və Bakının bütün sakinlərini, Bakıya gələn qonaqları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bu otel çox uğurla işləyəcək, burada çox gözəl xidmət göstəriləcəkdir. Bakı sakinləri və qonaqlar üçün şəhərimizdə yeni gözəl istirahət və əyləncə yeri yaradılıbdır.

Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm, sizə işinizdə uğurlar arzulayıram. Sağ olun.

X X X

“Jumeirah Group”un icraçı sədri Cerald Loules Prezident İlham Əliyevə təşəkkür edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli birinci xanım!

Xoş sözlərə görə çox sağ olun. Bu, bizim MDB məkanında birinci otelimizdir. Mən qeyd etmək istəyirəm ki, bu, belə də olmalı idi. Biz çox şadıq ki, bu otel məhz Azərbaycanda açıldı.

“Jumeirah” gənc şirkətdir. Biz 14 il bundan əvvəl öncə fəaliyyətə başladıq. Qeyd etmək istəyirəm ki, bu, sırf turizm oteli və yaxud asudə vaxtın keçirilməsi üçün mehmanxana deyildir. Bu, həmçinin istirahət üçün gözəl bir yerdir. Hesab edirəm ki, biz gələcəkdə də bir çoxlarının rəğbətini qazanacağıq.

Mən hörmətli həmkarlarımızı da təbrik edirəm. Onlar bundan sonra burada, “Jumeirah”da işləyəcəklər. Burada olan həmkarlarımız nəinki Dubaydan, həmçinin dünyanın digər yerlərindən gəliblər. Hesab edirəm ki, biz belə bir mehmanxananın açılması ilə turizm sahəsinin inkişafına töhfəmizi verəcəyik.

Siz burada qeyd etdiniz ki, ölkədə yeni otellər açılır. Bu, yaxşı haldır. Biz də öz mehmanxana şəbəkəmizi artırırıq. Həm Şanxayda, həm də dünyanın digər yerlərində otellər açmaq fikrimiz vardır. Mən çox böyük fərəh hissi ilə qeyd edirəm ki, Bakıda da bizim belə gözəl bir otelimiz vardır.

Cənab Prezident, Siz qeyd etdiniz ki, bu il “Turizm ili”dir. Azərbaycan hökuməti turizm sahəsinə böyük diqqət yetirərək turizm infrastrukturunu davamlı şəkildə inkişaf etdirməkdədir. Çox yüksək dəyərləndirirəm ki, biz də bu sahədəki inkişafın bir hissəsinə çevrilirik. İstəyirik ki, bundan sonra turizm sahəsi daha da inkişaf etsin. İlbəil bütün dünyada turizm sahəsi artır, turistlərin sayı çoxalır. Bu da, həmçinin bu və ya digər ölkənin ÜDM-in daha da artmasına öz töhfəsini verir.

Siz Davosda Dünya İqtisadi Forumunda iştirak etmisiniz və görmüsünüz ki, turistlərin sayı ildən-ilə nə dərəcədə artmaqdadır. Qeyd etmək istəyirəm ki, turizm sənayesi Azərbaycanda da intibah dövrünü yaşayır. Yeri gəlmişkən, hamını Yeni il münasibətilə təbrik edirəm və sizə gələn ildə də uğurlar arzulayıram. Eyni zamanda, bizim kiçik bir hədiyyəmiz vardır. Bizim münasibətlərimizin rəmzi olaraq, Birləşmiş Ərəb Əmirliyində tikdiyimiz ilk otelimizin binasını əks etdirən hədiyyəni Sizə təqdim etmək istərdim.

Cerald Loules hədiyyəni dövlətimizin başçısına təqdim etdi.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib