BAKIDA MÜHASİBLƏRİN VƏ AUDİTORLARIN II AVRASİYA FORUMU KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da “Park İNN” mehmanxanasında Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APMMA) təşkilatçılığı ilə “Maliyyə hesabatlarının beynəlxalq standartlarının Avrasiya ölkələrində tətbiqi. Maliyyə menecmenti” mövzusunda mühasiblərin və auditorların II Avrasiya forumu işə başlanmışdır.
Tədbirdə Azərbaycanın maliyyə, vergilər və digər nazirliklərinin, peşəkar audit təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə İngiltərə, Şotlandiya, Ukrayna, Rumıniya, Latviya, Rusiya, Hindistan və digər ölkələrdən qonaqlar iştirak edirlər.
APMMA-nın vitse-prezidenti Nuriyyə Novruzova ötənilki I forumla müqayisədə builki tədbirdə iştirakçı ölkələrin sayının artdığını bildirmiş, forumun beynəlxalq maliyyə hesabatları standartlarının və auditinin tətbiqi və inkişafında böyük əhəmiyyət kəsb edəcəyinə əminliyini vurğulamışdır. Hazırkı dövrdə mühasib və auditor peşələrinin qloballaşmasına, bu sahədə çalışan insanların təkmilləşməsinə, ixtisaslarının artırılmasına ehtiyac olduğunu diqqətə çatdıran N.Novruzova mühasibin maliyyə və audit hesabatlarının tətbiqində və bu prosesin aparılmasında əsas rol oynadığını qeyd etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Süleyman Qasımov “ARDNŞ-də daxili nəzarət sisteminin təşkili istiqamətləri və prinsipləri”, Beynəlxalq Mühasiblər Assosiasiyasının və Maliyyə Analitikləri İnstitutunun direktoru Malkolm Dean “Qlobal iqtisadiyyatda kredit siyasəti”, Şotlandiya Qərb Universitetinin rəhbəri İan Ritçe “Akademik, universitet və əsaslı mühasibat islahatı” mövzularında çıxış etmişlər.
Fasilədən sonra Estoniya Mühasibat Standartları Şurasının keçmiş sədri Rita İlisson “Mühasiblər və etibarlı maliyyə hesabatları infrastrukturunun yaradılması” mövzusunda geniş məruzə etmiş, müxtəlif dövlətlərin nümayəndələri mühasibat və audit fəaliyyəti üzrə ölkələrinin təcrübəsini iştirakçılarla bölüşmüşlər.
Tədbirdə, həmçinin beynəlxalq mühasibat uçotu və maliyyə hesabatlarının, beynəlxalq standartlar proqramlarının tədrisi, metodiki vəsaitlərin, eləcə də müəllim kadrların hazırlanması və digər məsələlər müzakirə olunmuşdur.
Forum çərçivəsində sentyabrın 27-də qonaqlar Bakının görməli yerləri ilə tanış olacaqlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]