BAKIDA QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycanın xarici işlər nazirinin müavini, QİƏT Yüksək Vəzifəli Şəxslər Komitəsi iclasının sədri Mahmud Məmmədquliyev iclası açaraq Bakıya gəlmiş Xarici İşlər nazirliklərinin nümayəndələrinə təşkilatın inkişafı, əldə edilmiş uğurlar barədə məlumat vermiş, yeni imkanlardan və əməkdaşlığın genişlənməsindən danışmışdır.
İclasda QİƏT-in baş katibi Valeri Çiçiaşvili, Gürcüstanın xarici işlər naziri Salome Zurabaşvili, Türkiyə xarici işlər nazirinin müavini Alev Kliç, Rusiya xarici siyasət idarəsi başçısının müavini Viktor Kalyujnı, Bolqarıstan xarici işlər nazirinin birinci müavini İvan Petkov və digər ölkələrin nümayəndələri çıxış edərək təşkilatın 12 ildə həyata keçirdiyi layihələr üzrə birgə əməkdaşlıq məsələlərindən, inteqrasiya prosesinin gücləndirilməsi, qarşılıqlı müqavilələrin yerinə yetirilməsi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, turizm, fövqəladə hallar və digər sahələrdə hər bir ölkənin maraqlarını əhatə edən əməkdaşlığın genişlənməsi məsələlərini müzakirə etmişlər.
Axşam iclasına Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]