ELM VƏ TƏHSİL
Bakıda və Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək
Bakı, 28 mart, AZƏRTAC
“Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda və Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, aprelin 2-3-də Bakıda “Park İnn” otelində Türkiyənin 20-dən çox universitetinin və yataqxanalarının iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.
Tədbirdə tələbələrə qardaş ölkədə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türkiyə universitetlərində pulsuz təhsil imkanları barədə təqdimatlar keçiriləcək.
Sərgi çərçivəsində seminarların təşkili də nəzərdə tutulur.
Aprelin 5-də isə Gəncədə “Ramada Plaza” otelində Türkiyənin bir çox dövlət və vəqf universitetlərinin iştirakı ilə üçüncü dəfə təhsil sərgisi açılacaq.
Qeyd edək ki, sərgilərdə iştirak ödənişsizdir. Bunun üçün http://www.akademi.az/turkiyədə-təhsil/online_qeydiyyat keçidi vasitəsilə qeydiyyat formasını doldurmaq lazımdır.