Bakıdakı Rus Evi məkanında “Qələbə diktantı” Beynəlxalq tarixi aksiya keçiriləcək
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 27-də Bakıdakı Rus Evi məkanında “Qələbə diktantı” Beynəlxalq tarixi aksiya keçiriləcək. İştirakçıların qeydiyyatı 14:30-da, Diktant isə Bakı vaxtı ilə 16:00-da başlayacaq.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qələbə diktantı” — Böyük Vətən müharibəsi hadisələri mövzusuna aid beynəlxalq tarixi diktantdır. İştirakçılara həm ümumi tarixi, həm də regional mövzulara aid cəmi 25 sual təqdim olunacaq. Diktanta hazırlıq testləri aksiyanın rəsmi saytında yerləşdirilib.
Cari ildə diktantın tapşırıqları ilk dəfə olaraq altı - Çin, serb, ispan, alman, fransız və ingilis dillərinə tərcümə olunacaq.
2023-cü ildə Diktant rekord sayda - 22 mindən çox məkanda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]