BAKININ DAŞNAK-BOLŞEVİK HÖKMRANLIĞINDAN AZAD EDİLMƏSİNDƏN 85 İL KEÇİR
TÜRK ƏSGƏRLƏRİNİN XATİRƏSİ YAD OLUNMUŞDUR
Beləliklə, 1918-ci ilin martından başlayaraq, erməni daşnaklarının bolşeviklərlə birlikdə Bakıda və Azərbaycanın bölgələrində törətdikləri qanlı qırğınlara və özbaşınalıqlara son qoyuldu, onların Bakını Azərbaycandan qoparmaq kimi məkrli planlarının həyata keçirilməsinin qarşısı alındı.
Bakının azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin hüdudlarında öz hakimiyyətini bərqərar etdi.
Bakının azad edilməsinin 85 illiyi münasibətilə sentyabrın 15-də Şəhidlər xiyabanında anma mərasimi olmuşdur.
Azərbaycanın azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin uyuduğu xiyabanda qəhrəman türk əsgərlərinin xatirəsi yad edildi, onların şərəfinə ucaldılmış abidə önünə Azərbaycan Respublikasının Prezidenti və hökuməti adından əklil qoyuldu.
Aradan 85 il keçməsinə baxmayaraq, Türkiyə ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqının gələcək nəsilləri tərəfindən də daim minnətdarlıqla xatırlanacaqdır.
Türkiyə dövləti bu gün də müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə köməyini əsirgəmir.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, parlament sədrinin və Baz nazirin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, ictimaiyyətin nümayəndələri mərasimdə iştirak edirdilər.