Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKININ NİZAMİ RAYONUNUN “HEYDƏR PARKI”NDA KONSERT
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV KONSERTDƏ OLMUŞDUR

Avqustun 21-də “Space” özəl televiziya kanalının və paytaxtın Nizami rayonunun icra hakimiyyətinin təşəbbüsü ilə rayondakı “Heydər parkı”nda böyük konsert təşkil edilmişdir. Parkda respublikamızın dövlət bayraqları dalğalanır, Azərbaycan Prezidentinin portretləri, bakılıları qarşıdakı referendumda fəal iştirak etməyə çağıran transparantlar diqqəti cəlb edirdi. Bir neçə il əvvəl bərbad vəziyyətdə olan bu ərazidə salınmış və indi əhalinin sevimli istirahət guşəsinə çevrilmiş yaraşıqlı parka Bakının Nizami və Xətai rayonlarının, habelə digər rayonların on minlərlə sakini toplaşmışdı.

Tanınmış “Aşıqlar” qrupunun çıxışı ilə başlayan konsertdə Eyyub Yaqubov, Elxan Əhədzadə, Tünzalə Ağayeva və digər ifaçılar öz mahnılarını dinləyicilərə ərmağan etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev paytaxt sakinləri ilə görüşmək üçün parka gəldi. Buraya toplaşanlar dövlətimizin başçısını hərarətli, gurultulu alqışlarla qarşıladılar.

Prezident Heydər Əliyev paytaxt sakinləri qarşısında nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Əziz bacılar, qardaşlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, Nizami rayonunun sakinlərini, Bakının bütün sakinlərini səmimi qəlbdən salamlayıram. Sizin hər birinizə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Bu gün işin sonunda mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla telefonla danışırdım. O, mənə dedi ki, biz vaxtaşırı parklarda - Milli Parkda, başqa parklarda açıq havada böyük konsertlər təşkil edirik, bunlar da bizim vətəndaşlarımızın yaxşı istirahətinə kömək edir. Mən dedim ki, bu, çox yaxşı şeydir. Hərdən bunu televiziya ilə görürəm. O, mənə dedi ki, bu gün Nizami rayonundakı parkda belə bir konsert olacaqdır, bunu “Space” özəl televiziya kanalı təşkil edibdir. Maraqlandım və dedim ki, əgər imkan tapsam, gələrəm. Amma sonra həvəsim daha da artdı və gəldim. Bu əhval-ruhiyyəni, bu mənzərəni, sizi, Azərbaycanın bu gözəl insanlarını görəndə təbiidir ki, daha da sevindim. Mən çox məmnunam ki, siz belə yaxşı istirahət edirsiniz. Bizim incəsənət ustaları sizə istirahət etmək üçün xidmət edirlər. Mən də bu gün sizinlə bərabər bu istirahəti keçirirəm.

Xatırlayıram, dörd il bundan öncə - 1998-ci ildə mən burada sizinlə görüşmüşdüm. Onda bu park yenicə yaranmışdı. Məni buraya dəvət etdilər. O vaxt da burada indiki kimi həddindən artıq insan toplaşmışdı, konsert vardı. Mən də o vaxt Nizami rayonunun sakinləri ilə birlikdə bu konsertdə oldum. Hətta çıxış edərək bəzi fikirlərimi də bildirdim. O vaxtdan dörd il keçibdir. Dörd il o qədər də böyük bir zaman deyildir. Amma bu illərdə Azərbaycan ardıcıl surətdə inkişaf edib, insanlarımızın rifahı yaxşılaşıb, həyat daha da gözəlləşibdir. Bu park da artıq dörd il bundan öncəki park deyildir.

Görürəm, ağaclar böyüyüb, çiçəklər, güllər var. Bunların hamısı insanlar, Azərbaycanın vətəndaşları üçündür.

Son illər Bakıda belə parkların yaranması çox əhəmiyyətli haldır. Çünki biz indi görürük ki, Bakıda dənizkənarı bulvardan - Milli Parkdan əlavə, mikrorayonlarda onlarca park yaranıb və onlar vətəndaşların istirahətinə şərait yaradır. Mən o vaxt da bu təşəbbüsü dəstəkləmişdim. Çünki yəqin siz unutmamısınız, mən hələ 1970-ci illərdə Azərbaycanın, xüsusən Bakının yaşıllaşdırılması proqramını irəli sürmüşdüm. O proqramı ardıcıl surətdə həyata keçirirdim. O illərdə, təxminən 25-30 il bundan öncə bizim basdırdığımız kiçik ağaclar indi böyüyüb, şəhərin müxtəlif küçələrini, prospektlərini, parklarını bəzəyir. Bu, çox gözəl, xeyirxah işdir. Bu, təkcə gözəllik üçün deyildir. Bakının belə yaşıllaşdırılması respublika paytaxtının iqliminin daha da yaxşılaşmasına, havasının təmizlənməsinə çox kömək edir. Bəlkə də hər insan bunu bir dəqiqədə hiss etmir. Ancaq bu, həqiqətdir və aparılan müşahidələr bunu göstərir.

Son ildə Bakıda görülən işlər - müxtəlif, yaddan çıxmış guşələrdə, bağçalarda, parklarda yeni-yeni əyləncə və istirahət yerlərinin yaranması, fəvvarələrin yaranması, küçələrin, prospektlərin təmizliyinə diqqət yetirilməsi və başqa abadlıq işləri sizi də, məni də sevindirir. Mən bunları daim izləyirəm. Hər bir belə müsbət addıma çox yüksək qiymət veririrəm. Amma eyni zamanda bu, hələ o demək deyildir ki, Bakıda biz hər yeri təmizləmişik.

Mən bir dəfə Azərbaycan televiziyasının sədri Xudiyevə dedim ki, siz şəhərin müxtəlif yerlərini gəzin, baxın. Çoxlu çatışmazlıqlar, nöqsanlar, antisanitariya halları taparsınız. O, mənim bu məsləhətimə qulaq asdı. İndi Azərbaycan televiziyasının “Xəbərlər” proqramında hərdən baxıram ki, gedib bir yerdə çox antisanitariya vəziyyətində olan guşəni tapırlar, çəkirlər, orada olan insanlarla danışırlar, onların səsini yazırlar. İnsanlar öz narazılığını, etirazını bildirirlər. Televiziyanın bu işi çox yaxşı haldır- tapır, göstərir. Ondan sonra isə bizim icra orqanları, rayon və şəhər icra hakimiyyəti orqanları mütləq gedib o yerləri sahmana salmalıdırlar.

Bakı böyük şəhərdir. Təəssüflər ki, burada 10-15 il içərisində pərakəndəlik olub, şəhərsalma prinsipləri çox yerdə pozulubdur. Bunlar da belə hallara gətirib çıxarıbdır. Amma bunların hamısını deyərkən, güman edirəm, razı olarsınız ki, bu gün bizim hamımız bir səslə deyək: son aylarda, son ildə Bakıda çox gözəl işlər görülür, biz bunu dəstəkləyirik və ümidvarıq ki, bu işlər davam edəcəkdir.

Bu günlər 1993-cü ildə olan bəzi hadisələri, Azərbaycanın parçalanması, dağılması ilə əlaqədar olan bəzi hadisələri televiziya göstərir və bir də hamının yadına salır ki, Azərbaycan nə vəziyyətdə idi. Təəssüflər olsun ki, 1991, 1992,1993-cü illərdə Azərbaycanda hərc-mərclik, hakimiyyətsizlik və insanlara çox mənfi münasibət baş alıb gedirdi. O vaxtdan 9 il keçibdir. Amma indi görürsünüz, təkcə Bakıda deyil, Azərbaycanın hər yerində əmin-amanlıq, rahatlıq var. İnsanlar rahat istirahət edə bilirlər. İnsanların yaşaması üçün şərait yaranıbdır. Bunlar bizim əldə etdiyimiz nailiyyətlərdir. Ancaq biz heç də demirik ki, hər şey edilibdir. Yox. Bundan sonra hələ çox işlər görülməlidir. Azərbaycanda işsizlik problemi var, bu, həll olunmalıdır. Digər problemlər var, həll olunmalıdır. Bu axşam istirahət saatlarında sizin vaxtınızı alıb sizə narahatçılıq gətirmək istəmirəm. Ancaq sizə bildirmək istəyirəm ki, bizim ölkəmizdəki nöqsanları, çatışmazlıqları hakimiyyət orqanları, xüsusən Prezident görür, onların aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Bizim hamımızın bir böyük dərdi var - Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz elinə, obasına qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və bölgədə sülh yaratmaq. Siz bilirsiniz ki, ötən illər biz ardıcıl olaraq bu işlə məşğul olmuşuq.

Bu günlərdə, avqustun 14-də mən Ermənistan-Azərbaycan sərhədində Naxçıvan Muxtar Respublikasında, Sədərəkdə Ermənistan Prezidenti Koçaryanla yenidən görüşdüm. Biz əvvəllər də görüşmüşdük. Biz dörd saat danışıq apardıq, məsələləri müzakirə etdik. Onun da, mənim də fikrim budur ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq nə cür həll olunmalıdır - bunda çətinliklər var. Amma buna baxmayaraq, mən bəyan etdim və bu gün sizə də bildirmək istəyirəm ki, bu danışıqlar və Minsk qrupunun həmsədrləri tərəfindən aparılan işlər davam etdirilməlidir, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq. İnanıram ki, buna biz nail olacağıq. İşğal olunmuş torpaqlarımız azad ediləçəkdir.

 

Əziz dostlar, mən bu axşam vaxtı sizə bir sual vermək istəyirəm. Avqustun 24-də, şənbə günü Azərbaycanda nə baş verəcək?

YERDƏN SƏSLƏR: Referendum!

HEYDƏR ƏLİYEV: Yox, bir də təkrar edin, mən yaxşı eşitmədim.

YERDƏN SƏSLƏR: Referendum!

HEYDƏR ƏLİYEV: Referendum, yaxşı bilirsiniz. Bu referendum nə üçündür?

YERDƏN SƏSLƏR: Azərbaycan Konstitusiyasında bəzi dəyişikliklər etmək üçün.

HEYDƏR ƏLİYEV: Bu dəyişikliklər nəyə lazımdır?

YERDƏN SƏSLƏR: Lazımdır.

HEYDƏR ƏLİYEV: Sizə bildirmək istəyirəm ki, müstəqil dövlət kimi Azərbaycan 1995-ci ildə öz Konstitusiyasını ümumxalq səsverməsi, referendum vasitəsilə qəbul etdi. Mənim xatirimdədir ki, biz bu Konstitusiyanın layihəsini necə ağır və çətin şəraitdə hazırlayırdıq. Bu Konstitusiyanın əleyhinə çıxanlar da, bəyənməyənlər də var idi. Ancaq biz Konstitusiya layihəsini ümumxalq səsverməsinə çıxardıq və xalq bizim təqdim etdiyimiz layihəyə “hə” dedi, onun lehinə səs verdi və Konstitusiya xalq tərəfindən qəbul olundu.

Biz 7 ildir ki, bu Konstitusiyanın müddəalarından istifadə edərək, bu Konstitusiyaya riayət edərək, bu Konstitusiyanın göstərdiyi yolla gedərək Azərbaycanı inkişaf etdiririk. Bu Konstitusiya əsasında yüzlərlə qanun qəbul olunubdur. Onlar müstəqil Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin həyata keçirilməsi üçün öz xidmətlərini göstəriblər. Ölkəmizin iqtisadiyyatında aparılan islahatlar, struktur dəyişiklikləri, bir çox digər tədbirlər - bunlar hamısı Azərbaycanın Əsas Qanunu, Konstitusiyası əsasında həyata keçirilir.

Ancaq illər keçir, dünyada və respublikamızda dəyişikliklər əmələ gəlir, bunlar da Konstitusiyanın bəzi maddələrində vaxtaşırı dəyişiklik etmək zərurətini meydana çıxarır. Amma Azərbaycanın Konstitusiyası referendum vasitəsilə qəbul olunduğuna görə, biz xalqın ixtiyarı olmadan Konstitusiyanın heç bir müddəasını, maddəsini dəyişə bilmərik. Ona görə də mən Azərbaycan Prezidentinə Konstitusiya ilə verilmiş səlahiyyətlərdən istifadə edərək, iyunun 22-də Konstitusiyada bəzi dəyişikliklər olunmasına dair referendum aktı layihəsinin müzakirəyə verilməsi haqqında Fərman imzaladım. İki aya yaxındır ki, hər yerdə müzakirələr gedir. Radio, televiziya, qəzetlər və digər kütləvi informasiya vasitələri bu dəyişiklikləri izah ediblər və edirlər. Mən əminəm ki, bu dəyişikliklərin tam əksəriyyətini Azərbaycanın səsvermə hüququna malik olan vətəndaşları artıq bilirlər. Avqustun 24-də referendum keçiriləcək və həmin dəyişikliklərə səs veriləcəkdir.

Ümidvaram ki, Azərbaycan vətəndaşlarının tam əksəriyyəti mənim təqdim etdiyim bu dəyişikliklərə səs verəcək və referendum uğurla keçəcəkdir.

Bilirsiniz ki, bu referendumun keçirilməsinə və nəzərdə tutulan bəzi dəyişikliklərin aparılmasının əleyhinə çıxanlar da var. Onlar kimlərdir? Müxalifət partiyaları, müxalifət təşkilatları. Başqa bu dəyişikliklərin əleyhinə çıxanlar yoxdur. Müxalifət partiyaları Konstitusiyaya dəyişikliklərin nə üçün əleyhinə çıxırlar? Orada əleyhinə çıxılası bir şey yoxdur. O dəyişikliklər birinci növbədə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha da yaxşı təmin edilməsinə həsr olunmuşdur. Bu, bizim Konstitusiyanın əsas məqsədidir. Konstitusiyanın üçdə bir hissəsi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsinə həsr olunubdur. İndi bu hüquq və azadlıqları daha da etibarlı təmin etmək üçün həmin dəyişikliklər təklif edilir.

Bir neçə başqa dəyişikliklər də var. Əgər Prezident fəaliyyətini həyata keçirə bilməsə, səlahiyyətlərini kimə - Milli Məclisin sədrinə və ya baş nazirə verməlidir? Vətəndaş üçün bunun nə fərqi var?! Heç bir fərqi yoxdur. Amma bunun əleyhinə çıxanlar, sadəcə, hər şeyin əleyhinə çıxırlar. Əgər mən əksinə düzəlişlər versəydim, onlar yenə də əleyhinə çıxacaqdılar. Çünki təəssüflər olsun ki, Azərbaycanda formalaşmış müxalifət çox gücsüz bir müxalifətdir. Həm də müxalifət-iqtidar münasibətlərinə aid olan yüksək mədəniyyət səviyyəsinə qalxa bilməyiblər.

Otuz müxalifət partiyası avqustun 20-də Bakıda “20 Yanvar” metrosundan “Qələbə” kinoteatrının qarşısına qədər yürüş-mitinq keçiriblər. Nə üçün? Bu referendumun əleyhinə çıxırlar. Həmin otuz partiya cəmisi iki minə qədər adam toplaya bilibdir. Əgər siz bu qədər çalışıb öz kütləvi aksiyanıza iki mindən artıq adam toplaya bilmirsinizsə, bu millətə, bu xalqa mane olmayın! Qoy, insanlar rahat yaşasınlar! Qoyun, biz bütün bu proqramları yerinə yetirək! Mən belə deyəndə, siz düşünməyin ki, biz onların, bəzi müxalifət qüvvələrinin belə hərəkətlərinə görə işimizi görə bilmirik. Biz işimizi görürük və görəcəyik. Bizə indiyə qədər heç kəs mane ola bilməyib və bundan sonra da mane ola bilməyəcəkdir.

Ancaq baxıram, bu gün burada - bu parkda neçə min adam var. Vallah, mənə dedilər ki, parkda 25-30 min adam var. Sizdən soruşuram, burada nə qədər adam var?

YERDƏN SƏSLƏR: 30 minədək.

HEYDƏR ƏLİYEV: Bu tədbiri “Spase” telekanalı təşkil edibdir. Onlar deyirlər ki, 30 min adam var. Amma 30 müxalifət partiyası yürüş-mitinqə iki min adam çıxardı. Ancaq təkcə “Spase” telekanalının dəvəti ilə bu gün bu parka 30 min adam toplaşıbdır. Çünki niyə? Ona görə ki, bu adamların hamısı bir amalla - Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, Azərbaycanın qarşısında duran problemləri həll etmək, Azərbaycanı inkişaf etdirmək amalları ilə yaşayırlar.

Əziz dostlar!

Mən Azərbaycan vətəndaşlarından həddindən artıq razıyam. Çünki bu 9 ildə həyata keçirdiyim tədbirlərin hamısında mən Azərbaycan vətəndaşlarının dəstəyini almışam və bu dəstəyə görə də 9 ildir ki, Azərbaycanın Prezidenti vəzifəsini həyata keçirirəm. Ümidvaram ki, bu dəstəyi mən sizdən bundan sonra da alacağam.

 

Beləliklə, mən heç şübhə etmirəm ki, ayın 24-də hamınız tezdən seçki məntəqələrinə gedəcək və referenduma çıxarılan dəyişikliklərə səs verəcəksiniz.

Yaşasın qəhrəman Azərbaycan xalqı!

Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

X X X

Parka toplaşan şəhər sakinləri Prezident Heydər Əliyevin nitqini gurultulu alqışlarla, “Yaşasın müstəqil Azərbaycan Respublikası!”, “Azərbaycan Prezidenti Heydər Əliyevin uzaqgörən siyasətini ürəkdən bəyənirik!”, “Dövlətimizin başçısına uzun ömür, cansağlığı arzulayırıq!”, “Ümumxalq səsverməsində bir nəfər kimi iştirak edəcəyik!” nidaları ilə qarşıladılar.

“Heydər parkı”nda böyük atəşfəşanlıq oldu.

Sonra konsert davam etdi, xalq artisti Niyaməddin Musayevin, müğənnilərdən Bilal Əliyevin, Aygün Hümbətovanın, Nüşabə Ələsgərlinin, Elza Seyidcahanın, Cavanşir Məmmədovun və başqalarının ifasında rəngarəng mahnılar, o cümlədən Vətənə, Prezidentə həsr olunmuş mahnılar səsləndi.

Azərbaycan Prezidenti Heydər Əliyev konsertdən sonra incəsənət ustaları ilə görüşərək, maraqlı çıxışlarına görə təşəkkürünü bildirdi. İncəsənət ustaları bu tədbirdə iştirakına görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər və Prezidenti əmin etdilər ki, bütün Azərbaycan xalqı kimi, onlar da referendumda fəal iştirak edəcək və öz mövqelərini bildirəcəklər.

Azərbaycan Prezidenti Heydər Əliyev konsertin iştirakçılarına müraciətlə dedi ki, onların yaradıcılığı ilə maraqlanır, televiziyada, səhnədə çıxışlarına qulaq asır. Müğənni Nüşabə Ələsgərli incəsənət ustalarının fikrini ifadə edərək vurğuladı ki, ölkəmizdə bugünkü əmin-amanlıq, sabitlik olmasaydı, incəsənət ustalarının da fəaliyyəti üçün zəmin yaranmazdı. Dahi şairimiz Hüseyn Cavidin bu misraları qeyri-ixtiyari olaraq yada düşür:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Müğənni Cavanşir Məmmədov həmkarının fikrini dəstəkləyərək əlavə etdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışına qədər xalqın əksər hissəsi kimi, incəsənət adamları da çətin günlər yaşamışlar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Milli Məclisin deputatları, nazirlər və digər rəsmi şəxslər konsertdə olmuşlar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib