Balakəndə qarğıdalının əkin sahəsi 302 hektar artırılıb
Balakən, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılaraq 7 min 515 hektara çatdırılıb.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məmməd Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə balakənli fermerlər 45 min tonadək dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.
Hazırda rayonda istehsalçılardan yaş barama tədarükü də davam edir. Kümçülər bu günədək qəbul məntəqəsinə 28 tonadək yaş barama təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]