Balakəndə voleybol üzrə rayon birinciliyində 16 komanda mübarizə aparıb
Balakən, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda Zəfər Gününə həsr olunmuş voleybol üzrə qızlardan ibarət məktəb komandaları arasında rayon birinciliyinə yekun vurulub. Hənifə kənd tam orta məktəbin idman zalında keçirilən yarışda 16 komanda mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışın yekun nəticələrinə əsasən, Şərif kənd 1 saylı tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Qazma kənd və Balakən şəhər 1 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Birinciliyin qalibləri diplomlarla mükafatlandırılıblar.