Balakənli gənclər Böyük Qafqazın cənub yamaclarına yürüş ediblər
Balakən, 23 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzi “Könüllülər ili” çərçivəsində gənclərə növbəti layihəni təqdim edib.
Mərkəzin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “ZirvədəSən” layihəsi çərçivəsində gənc könüllülər əllərində üçrəngli Azərbaycan bayrağı Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına yürüşə çıxıb, oradan Balakən şəhərini seyr ediblər.
Mərkəzin direktorunun sözlərinə görə, belə layihələrin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq, eyni zamanda, gəncləri rayonun əsrarəngiz təbiət gözəllikləri ilə tanış etməkdir.
Layihə gənclər tərəfindən böyük maraqla qarşılanıb.