“BANK RESPUBLİKA” ƏMANƏTÇİLƏRİ ARASINDA AYLIQ UDUŞ KAMPANİYASININ NÖVBƏTİ TİRAJINI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika” əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirmiş, daha 7 əmanətçi mükafat qazanmışdır.
Bankın iki əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində mükafatın, daha beş əmanətçi isə kampaniyanın əlavə mükafatlarının sahibi olmuşdur. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən, 300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmli fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilərlər.
İndiyədək “Bank Respublika”nın 66 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatı, 75 əmanətçisi isə əlavə mükafatlar qazanmışdır.
Bankın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq, 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, “Home Banking” xidmətindən yararlana, bankın hesabına səyahət, tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər.