“BANK RESPUBLİKA”NIN “MALTA SƏYAHƏTİ” KAMPANİYASININ QALİBLƏRİ MÜƏYYƏN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika”da “Malta səyahəti” uduş kampaniyası mükafatları - 2 nəfərə Maltaya 7 günlük səyahət, habelə 11 əlavə mükafat - 1 noutbuk və 10 ədəd audio-video pleyer oynanılmışdır. Bank hədiyyə qazanmış müştəriləri telefonla xəbərdar edir.
Kampaniyada “Bank Respublika”nın MasterCard, Maestro və VISA plastik kartlarının istifadəçiləri iştirak edirdilər.
Bank müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan verir. Qurumun kartları ilə sadəcə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5000-dək AZN/USD/EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq olar.
Bank kartlar üzrə Home Banking, Card-to-Card, MobilBank və s. əlavə xidmətlər də göstərir. Plastik kartların sahibləri Azərbaycanın müxtəlif satış-xidmət müəssisələrində mal və xidmətlərə güzəştlər əldə edirlər.
Bank plastik kart müştəriləri arasında yeni uduş kampaniyasını elan edəcəkdir. Bu kampaniyanın da əsas mükafatı xaricə səyahət olacaqdır.