BANM müəllimlərinin elmi tədqiqatları AMEA-nın mühüm nəticələr siyahısına daxil edilib
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının üç müəlliminin elmi-tədqiqat işləri AMEA-nın Yer Elmləri Bölməsi üzrə 2023-cü ilin mühüm nəticələri siyahısına daxil edilib.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, professor Fuad Vəliyev, baş müəllim Aidə Aslanova və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rauf Nadirovun elmi işləri qurum tərəfindən yüksək qiymətləndirilib.