Banqladeşdə 114 nəfər sel və daşqınların qurbanı olub
Bakı, 27 iyul, AZƏRTAC
Banqladeşdə iyulun 10-dan başlayan musson yağışları nəticəsində meydana gələn sel və daşqınlar nəticəsində ümumilikdə 114 nəfərin öldüyü bildirilir. AZƏRTAC Dhaka Tribune nəşrinin saytına istinadla xəbər verir ki, ölkənin cənub-şərq əyalətlərində çaylardakı suyun səviyyəsi artmaqda davam edir. Yerli sakinlər öz evlərini tərk etməyə məcbur olublar.
Xəbərdə qeyd olunur ki, təkcə son bir həftə ərzində 47 nəfər həyatını itirib və 700 minə yaxın insan təxliyə olunub. Ölkədə içməli su qıtlığı yarandığından 15 mindən çox adam yoluxucu xəstəliklərdən əziyyət çəkir. Bundan başqa, 15 gün ərzində davam edən leysan nəticəsində xəsarət alanlar da xəstəxanalara çatdırılıb. Ölkədə məcburi köçkünlər üçün 1,4 min müvəqqəti sığınacaq yaradılıb, habelə 2,5 min nəfərlik tibb personalı qrupu təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]