Banqladeşdə gəmi ilə qayığın toqquşması nəticəsində azı 26 nəfər ölüb
Pekin, 3 may, AZƏRTAC
Banqladeşdə sürətli sərnişin qayığının qumdaşıyan gəmi ilə toqquşması nəticəsində azı 26 nəfər ölüb.
AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 7:00 radələrində Padma çayında baş verib. Hadisə yerinə gələn xilasedicilər 26 nəfərin meyitini tapıblar, 5 nəfər sudan sağ çıxarılıb. Polisin məlumatına əsasən, qəza nəticəsində bir neçə nəfər itkin düşüb.
Şahidlərin sözlərinə görə, qəza vaxtı qayıqda təxminən 30 nəfər olub. Hazırda axtarış işləri aparılır. Meyitlərdən 5-nin şəxsiyyəti müəyyənləşdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]