Banqladeşdə sərt karantin rejimi yenidən uzadılıb
Pekin, 4 may, AZƏRTAC
Banqladeşdə COVID-19 pandemiyası ilə əlaqədar aprelin 5-dən qüvvədə olan sərt karantin rejimi mayın 16-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, hökumətin yoluxma sayını nəzarət altına almaq məqsədilə elan etdiyi karantin rejimi mayın 5-də başa çatmalıydı. Son günlər yoluxma sayında azalma müşahidə olunsa da, təhlükənin hələ də davam etməsi, eləcə də qonşu Hindistandakı böhranlı vəziyyət nəzərə alınaraq karantin rejiminin yenidən uzadılması məqsədəuyğun hesab olunub. Bununla belə, şəhərdaxili ictimai nəqliyyatın fəaliyyətinə icazə veriləcək, şəhərlərarası avtobus və qatarların hərəkəti isə hələ mümkün olmayacaq.
Banqladeşdə pandemiyanın ikinci dalğası ilə əlaqədar sərt karantin rejimi aprelin 5-də elan olunub, sonradan karantin rejimi mayın 5-dək uzadılıb. Bu rejimdə ictimai nəqliyyatın hərəkəti, dövlət qurumlarında və özəl sektorda iş fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinin məlumatına əsasən, ötən gün ölkədə virusa 1914 yoluxma aşkarlanıb, 61 ölüm halı baş verib. İndiyədək ölkədə 765 mindən çox yoluxma, 11 min 705 ölüm qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]