Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAS NAZİR İLHAM ƏLİYEV CAVAD XANIN MƏZARINI ZİYARƏT ETDİ

Görüş başa çatdıqdan sonra Baş nazir İlham Əliyev şəhərin mərkəzində yerləşən Şah Abbas məscidinə gəldi və onun yaxınlığında Cavad xanın məzarını ziyarət etdi. Azərbaycan Prezidenti Heydər Əliyevin və Baş nazir İlham Əliyevin portretləri və transparantlarla küçələrə çıxmış minlərlə gəncəli Azərbaycan hökumətinin başçısını hərarətlə qarşıladılar.

Cavad xanın məzarı qarşısında İlham Əliyevi səmimiyyətlə salamlayan məscidin axundu hacı TAHİR ABBASOV dedi:

-Cənab Baş nazir, Gəncə camaatı Sizə öz təşəkkürünü bildirir. Çünki şəhərimizin sakinləri bilirlər ki, Azərbaycan dövlətini quran, onu yaradan, üçrəngli bayrağını göylərə qaldıran, güclü ordu yaradan, ölkəmizə sülh və əmin-amanlıq gətirən, analarımızın başından qara yaylıq götürən və onların üzünə təbəssüm gətirən cənab Heydər Əliyevdir. Onun davamçısı Sizsiniz. Biz Sizin xidmətlərinizi bəyənirik, Avropa Şurasındakı fəaliyyətinizi, Olimpiya Komitəsində gördüyünüz işləri dəstəkləyirik. Birləşmiş Millətlər Təşkilatında dünya dövlətlərinin başçıları qarşısında ingilis dilindəki çıxışınızı hər birimiz alqışladıq və iftixarla dəstəklədik. Bu gün biz bir nəfər kimi Sizin arxanızdayıq.

Mən bir gəncəli kimi, Cavad xan övladı kimi bütün Cavad xan oğulları adından, bütün şəhid ailələri və müharibə əlilləri adından, bütün Gəncəbasar adından deyirəm. Biz bir nəfər kimi hər zaman Sizinləyik.

Möhtərəm cənab İlham Əliyev, mən doqquz ay Lefortovo məhbusu olmuşam. Vətənim Azərbaycan uğrunda vuruşmuşam və başımdan yaralanmışam. Mən Qarabağ müharibəsi əliliyəm. Üzüqara müxalifətə üzümü tutub deyirəm, Cavad xanın yurdunu bombalamaq istəyən İsa Qəmbərə deyirəm. O, parlamentdə böyük həvəslə Fəhmin Hacıyevi dinləyirdi.

Fəhmin Hacıyev isə Gəncəni bombalayacağıq deyirdi. Mən AXC-Müsavat hakimiyyətini görmək istəyənləri Şəhidlər xiyabanına dəvət edirəm. 1992-1993-cü illərdə cavanlarımız qırğına məruz qaldı, gəlinlərimizin başına qara yaylıqlar bağlandı. Azərbaycan separatizmin qurbanına çevrilirdi. Cənubda “Talış Muğan Respublikası” yaradılır, şimalda sadvalçılar baş qaldırmışdı. Bunların hamısının qarşısını cənab Heydər Əliyev almışdır. O, Azərbaycana sülh, əmin-amanlıq gətirmişdir. Eşq olsun cənab Heydər Əliyevə! Mən Gəncə bölgəsinin ali ruhanisi kimi qədim Şah Abbas məscidi önündə, Cavad xanın məzarı önündə üzümü Allah dərgahına tutub ali rəhbər cənab Heydər Əliyevə, Azərbaycanın parlaq günəşi cənab İlham Əliyevə dua edirəm. Allah Sizi hifz etsin, xalqımıza, millətimizə ruzi, bərəkət qismət eləsin.

Baş nazir İLHAM ƏLİYEV toplaşanlara müraciətlə dedi:

-Əziz bacılar və qardaşlar, bu xoş sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, möhtərəm cənab Prezident Gəncəyə həmişə qayğı göstərmişdir. Bu diqqətin və qayğının nəticəsində uzun illər ərzində yaranmış çətinliklər, ilk növbədə sosial problemlər öz həllini tapır. Bir az bundan əvvəl Gəncə gil-torpaq zavodunda böyük bir mərasim keçirilmişdir və mən zavodla tanış oldum. Çox sevindim ki, artıq 2700 insan orada işlə təmin olunmuşdur. Digər müəssisələrdə - qənnadı fabrikində, şərab zavodunda, əlvan metallar zavodunda yeni iş yerləri açılıb və gələcəkdə də bu proses davam edəcəkdir. Azərbaycanda minlərlə, on minlərlə, yüz minlərlə iş yerləri açılacaqdır. Gəncədə işıq təminatı sahəsində, qazın verilməsində böyük problemlər var idi. Mən 2000-ci ildə burada olarkən çox narahat oldum ki, Gəncə kimi Azərbaycanın qədim və ikinci əhəmiyyətli şəhəri belə problemlərlə üzləşibdir. Sizin də bildiyiniz kimi, görülən tədbirlərin nəticəsində şəhər demək olar ki, tamamilə qazla, işıqla təmin olunmuşdur.

Bilməlisiniz ki, ancaq qazın alınması üçün Azərbaycan hökuməti hər il Rusiyaya 210 milyon dollar ödəyir. Biz bunu edirik ki, insanlarımız qazdan korluq çəkməsinlər. Əgər Bakıda qaz, işıq varsa, Gəncədə də olmalıdır. Su təminatı məsələsi də həllini tapacaqdır. Bu sahədə işlər görülür, kreditlər ayrılmışdır, nəticədə verilən suyun həcmi də, keyfiyyəti də artırılacaqdır. Digər məsələlər də öz həllini tapacaqdır. Mən sizi əmin etmək istəyirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevin siyasəti davam edəcəkdir. Gəncə şəhərinə və əhalisinə keçmişdə göstərilən diqqət və məhəbbət bundan sonra göstəriləcəkdir.

Mən daim sizinlə birlikdə olacağam və sizin problemlərlə məşğul olacağam. Bütün problemləri biz birlikdə həll edəcəyik, Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirəcəyik. Bu işləri görmək üçün gəncəlilərin dəstəyinə ehtiyac vardır. Mən bu dəstəyi duyuram, hiss edirəm. Olimpiya Komitəsi tərəfindən Gəncədə tikilmiş idman kompleksi fəaliyyət göstərir. Bu gün bu barədə mənə məlumat verildi və çox sevindim ki, artıq uşaqlar, gənclər öz asudə vaxtlarını orada keçirirlər. Bu, onların həm fiziki cəhətdən sağlamlığı, həm də mənəvi cəhətdən saflığı üçün çox vacibdir. Əminəm ki, Azərbaycanda möhkəm, sağlam gənc nəsil yetişəcəkdir və bizim torpaqlarımızı qoruyacaqdır.

Azərbaycan artıq bütün beynəlxalq təşkilatlarda öz sözünü deyir. Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilat Ermənistanı işğalçı dövlət kimi tanıyır. Birləşmiş Millətlər Təşkilatının tribunasından Ermənistanı ifşa edən nitqlər söylənibdir. Bu fəaliyyət davam etdiriləcəkdir. Əlbəttə, biz çalışacağıq ki, problemi sülh yolu ilə həll edək. Amma bizim səbrimiz də tükənməz deyildir. Azərbaycanın güclü ordusu, cəsarətli xalqı vardır. Biz hər an torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Beləliklə, çalışaraq, Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirməliyik.

Bir daha təşəkkür edirəm. Siz məni çox səmimiyyətlə qarşıladınız və bilməlisiniz ki, mənim də sizə münasibətim çox səmimidir.

X X X

Sonra Baş nazir İlham Əliyev Gəncənin gözəl guşələrindən olan Xan bağına gəldi, burada şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlandı. Gəncəlilər Azərbaycan hökumətinin rəhbərinə xoş arzularını ifadə etdilər və ölkəmizin gələcəyini yalnız İlham Əliyevdə gördüklərini bildirdilər.

X X X

Daxili işlər naziri Ramil Usubov, nəqliyyat naziri Ziya Məmmədov, vergilər naziri Fazil Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər də Baş nazirlə birlikdə Gəncədə olmuşlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir