Baş prokuror: Qarabağ separatçılarının cinayət işi üzrə materiallar tezliklə məhkəməyə göndəriləcək
Moskva, 5 sentyabr, AZƏRTAC
Qarabağ separatçıları ilə bağlı aparılan təhqiqat yekunlaşıb və materiallar tezliklə məhkəməyə göndəriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “NEWS.ru” nəşrinə müsahibəsində bildirib.
Baş prokuror deyib: “Cinayət işində həm müttəhimlərin, həm də zərərçəkənlərin materialları ilə tanış oluruq. Bilirsiniz, bu cinayət işində çoxlu sayda zərərçəkən var. Bütün istintaq tədbirlərinin aparılmasından sonra cinayət işi beynəlxalq normalara və Azərbaycanın cinayət-hüquq qanunvericiliyinə uyğun şəkildə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]