DÜNYA
Bayden İtaliyaya səfərini ləğv edib
Bakı, 9 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden Kaliforniyada meşə yanğınlarının genişlənməsi səbəbindən İtaliyaya planlaşdırılan səfərini ləğv etmək qərarına gəlib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ evin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Co Bayden fəlakətdən zərər görmüş insanları yaşayış yeri ilə təmin etmək, itkiləri qarşılamaq üçün federal fəlakət bəyannaməsi imzalayıb.